Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2018

Taleh Bağırzadənin cəzası artırıldı; “Bu rejim inqilabçı gəncliyin ayaqları altında məhv olacaq”

İlahiyyatçıya yeni hökm oxundu

Bu gün Qaradağ Rayon Məhkəməsində Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə haqqında yeni hökm çıxarılıb. Hökmə əsasən, ilahiyyatçının cəzası artırılıb.

Hakim Rufan Mürsəlov T.Bağırzadəni CM-nin 317-2.1 (həbsdə saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, daşınması və ya istifadəsi) maddəsi ilə təqsirli bilərək, ona bu maddə ilə 5 ay həbs cəzası təyin edib. Amma Nardaran hadisələrinə görə ilahiyyatçıya verilmiş 20 illik cəzadan bu günə qədər qalan 17 il 9 ay 13 gün yeni cəza ilə birləşdirilib. T.Bağırzadə üzərində qəti olaraq, 18 il həbs cəzası saxlanılıb.

Qeyd edək ki, Qobustan həbsxanasında ilahiyyatçının üzərindən yeddi ədəd “microSD” tipli yaddaş kartları aşkarlandığı iddia olunur.

Hökmdən əvvəl dövlət ittihamçısı çıxış edib. T.Bağırzadəyə qarşı ittihamın məhkəmədə sübuta yetirildiyini deyən prokuror ona CM-nin 317-ci maddəsi ilə 6 ay cəza təyin edilməsini, bunun da qalan cəza ilə birləşdirilərək, üzərində qəti olaraq, 18 il 3 ay saxlanmasını istəyib.

Prokurordan sonra ilahiyyatçının vəkili Fariz Namazlı çıxış edib, özü də son sözünü deyib.

Haqqındakı yeni cinayət işinin də sifarişlə başlandığını deyən T.Bağırzadə bu cür addımların onu mübarizədən çəkindirməyəcəyini bildirib. Hakim ona xəbərdarlıq edib ki, ancaq ittihamdan danışsın. İlahiyyatçının cavabı isə belə olub: “Mən son söz yox, xalq sözü deyirəm. Son söz Allaha məxsusdur. Məni hökumət mahiyyəti üzrə tutmayıb ki, mahiyyəti üzrə çıxış edim. Mən illərimi xalqın azadlığı uğrunda qurban vermişəm, xalqın azadlığını qəlbimdə daşıyan adamam. Xalqın azadlığı uğrunda rejim tərəfindən işgəncələrə, təzyiqlərə, qanunsuz həbslərə məruz qalmışam”.

T.Bağırzadə çıxışında qarşıdan gələn prezident seçkisinə də münasibət bildirib: “İstəyirlər seçkiləri qabağa çəksinlər, prezidentlik müddətini 7 il yox, 70 il etsinlər, bu rejim, hakimiyyət inqilabçı gəncliyin ayaqları altında məhv olub tarixə gömüləcək”.


Vəkil Fariz Namazlı da müdafiə çıxışında ittihamla razılaşmayıb və məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib. Bildirib ki, belə kartlar məhkumlara saxlanması qadağan olunan əşyalar siyahısında göstərilməyib. Başqa məhkumlar da bu cür mini kartlardan istifadə etdiyi halda, yalnız T.Bağırzadəyə buna görə cinayət işi başlanması isə qərəzdən xəbər verir.

Vəkil hökmdən apellyasiya şikayəti verəcək.
81 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.02.18, 17:47
Anar Əliyev güllələndi
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
Go to TOP