Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2018

Ərəbistan qırıcıları dəfn mərasiminə hücum etdi

Bu gün milyonlarla yəmənli Yəmən Ali Siyasi Şuranın sədri şəhid Saleh Əs-Simadın cənazəsi ilə vida mərasiminə toplaşdığı bir halda Ərəbistan-Amerika koalisiyası qırıcıları dəfn mərasiminə hücum edib.
“Əl-Məyadin” televiziya kanalı Yəmən əhalisinin mərasimdə milyonluq iştirakından reportaj hazırlayıb. Televiziya kanalının verdiyi xəbərə görə, Ərəbistan qırıcıları əhalinin toplaşdığı As-Sabain meydanı üzərində hücumlar həyata keçirib və dəfn mərasiminə yaxın əraziləri bombalayıb.
Ənsarullah Hərəkatına bağlı mənbələr də bildirib ki, Ərəbistan qırıcıları bu gün səhər saatlarından indiyə kimi iki dəfə Əs-Sabain meydanına yaxın ərazilərə hücum edib və hələ də Səna səmasında və dəfn mərasiminin üzərində uçuşlar həyata keçirir.
Qeyd edək ki, cinayətkar Ərəbistan insanlıqdan uzaq hərəkətlərini artıq dəfələrlə sübut etmişdir və Yəməndə dinc əhalini bombalamaqdan çəkinmir. Ona görə də dəfn mərasimini də bombalaması mümkündür. Belə ki, son 30 gün ərzində iki qaçqın düşərgəsini, bir toy mərasimini bombalayıb və nəticədə yüzlərlə insan şəhid olub və yaralanıb. Bundan əlavə, davamlı olaraq Yəmənin ümumi məkanları, bazarları, xəstəxanaları və məscidləri kimi dinc əhalinin toplaşdığı məkanları bombalayır.
1544 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.20, 09:07
Rusiya və Çin...
19.05.20, 09:58
Türkiyə ordusu itki verdi
Go to TOP