Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2018

Cim Kerridən Yəmən etirazı: “Bizim müttəfiqimiz, bizim raketimiz, bizim cinayətimizdir”

Amerikalı məşhur aktyor Cim Kerri Yəməndəki hava hücumu nəticəsində həlak olan uşaqlar barədə Twitter-dən reaksiya verərək, ABŞ-ın bu cinayətdə əli olduğunu vurğulayıb.

PressTV xəbər verir ki, Cim Kerri üzərində ABŞ bayrağı olan raketin uşaqların içində olduğu məktəb avtobusunu vurması anının çəkilmiş şəkili ilə birlikdə, paylaşdığı mesajında bu ifadələri qeyd edib: "Yəməndə 40 məsum uşaq bir avtobusda öldürüldü. Bizim müttəfiqimizdir. Bizim raketimizdir. Bizim cinayətimizdir”.

Xatırladaq ki, Səudiyyə rejiminin rəhbərlik etdiyi işğalçı ərəb koalisiyasının bir neçə gün əvvəl Yəmənin şimalındakı Saada vilayətinin Zahyan rayonunda uşaqları daşıyan bir avtobusa qarşı təşkil etdiyi hava hücumunda, əksəriyyəti uşaq olmaqla 55 nəfər həlak olmuş, 77 nəfər də yaralanmışdı. Səudiyyə rejimi bu hücumun “qanuni bir hərbi akt” olduğunu iddia etmişdi./deyerler/
1714 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.10.19, 10:03
Tovuzda qətl törədilib
11.10.19, 08:43
Türkiyə ordusu itki verdi
09.10.19, 19:52
AB Türkiyəni hədələdi
07.10.19, 12:02
Lavrov Bağdada getdi
Go to TOP