Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2015

İmam Rizadan (ə) 40 hədis

Bir-birinizin görüşünə gedin ki, sevgi yaransın. Bir-birinizin əlinizi sıxın və bir-birinizə qəzəblənməyin
1.Möminin 3 üstün sifəti

لا يَكُونُ الْمُؤْمِنُ مُؤْمِنًا حَتّى تَكُونَ فيهِ ثَلاثُ خِصال:1ـ سُنَّةٌ مِنْ رَبِّهِ. 2ـ وَ سُنَّةٌ مِنْ نَبِيِّهِ. 3ـ وَ سُنَّةٌ مِنْ وَلِيِّهِ. فَأَمَّا السُّنَّةُ مِنْ رَبِّهِ فَكِتْمانُ سِرِّهِ. وَ أَمَّا السُّنَّةُ مِنْ نَبِيِّهِ فَمُداراةُ النّاسِ. وَ أَمَّا السُّنَّةُ مِنْ وَلِيِّهِ فَالصَّبْرُ فِى الْبَأْساءِ وَ الضَّرّاءِ


Mömində 3 xüsusiyyət olmasa, o həqiqi mömin deyil: bir sünnə Allahdan, bir sünnə peyğəmbərdən, bir sünnə imamdan. Allahın sünnəsindən: sirrini gizli saxlamaq; Peyğəmbər (s) sünnəsindən: insanlarla müdara və xoş davranış; İmam (ə) sünnəsindən: yoxsulluq və qəm-qüssə zamanı səbir.

2.Gizli yaxşılığın mükafatı və pis işi açmağın cəzası

أَلْمُسْتَتِرُ بِالْحَسَنَةِ يَعْدِلُ سَبْعينَ حَسَنَةً، وَ الْمُذيعُ بِالسَّيِّئَةِ مَخْذُولٌ، وَالْمُسْتَتِرُ بِالسَّيِّئَةِ مَغْفُورٌ لَهُ


Gizli yaxşı əməlin 70 qat artıq mükafatı var. Pis işi aşkarlayan rüsvay olar, gizləyənin günahları bağışlanar.

3.Təmizlik

مِنْ أَخْلاقِ الأَنْبِياءِ التَّنَظُّفُ


Təmizlik və paklıq peyğəmbərlərin əxlaqındandır.

4.Həqiqi və saxta etibar

لَمْ يَخُنْكَ الاَْمينُ وَ لكِنِ ائْتَمَنْتَ الْخائِنَ


Etibarlı (əmin) insan sənə xəyanət etməz. Sən səhvən xaini etibarlı saymısan.


5.Böyük qardaşın məqamı
 
 أَلاَْخُ الاَْكْبَرُ بِمَنْزِلَةِ الاَْب


Böyük qardaş ata yerinədir.


6.İnsanın dost-düşməni

 صَديقُ كُلِّ امْرِء عَقْلُهُ وَ عَدُوُّهُ جَهْلُهُ


Hər bir insanın dostu ağıl və düşməni cəhalətdir.

7.Hörmətlə ad çəkmək

 إِذا ذَكَرْتَ الرَّجُلَ وَهُوَ حاضِرٌ فَكَنِّهِ، وَ إِذا كَانَ غائِباً فَسَمِّه


Bir şəxsin iştirak etdiyi yerdə adını çəkərkən hörmət olaraq künyəsini (vasitəli adını) dilə gətirin. İştirakı olmayan yerdə adını çəkmək olar.

8.Qeylüqal, tələf, çox ağız açmaq

 إِنَّ اللّهَ يُبْغِضُ الْقيلَ وَ الْقالَ وَ إضاعَةَ الْمالِ وَ كَثْرَةَ السُّؤالِ


Həqiqətən, Allah qeylüqal, tələf, çox ağız açmağa pis baxır.

9.Kamil ağılın xüsusiyyətləri

 لا يَتِمُّ عَقْلُ امْرِء مُسْلِم حَتّى تَكُونَ فيهِ عَشْرُ خِصال: أَلْخَيْرُ مِنْهُ مَأمُولٌ. وَ الشَّرُّ مِنْهُ مَأْمُونٌ. يَسْتَكْثِرُ قَليلَ الْخَيْرِ مِنْ غَيْرِهِ، وَ يَسْتَقِلُّ كَثيرَ الْخَيْرِ مِنْ نَفْسِهِ. لا يَسْأَمُ مِنْ طَلَبِ الْحَوائِجِ إِلَيْهِ، وَ لا يَمَلُّ مِنْ طَلَبِ الْعِلْمِ طُولَ دَهْرِهِ. أَلْفَقْرُ فِى اللّهِ أَحَبُّ إِلَيْهِ مِنَ الْغِنى. وَ الذُّلُّ فىِ اللّهِ أَحَبُّ إِلَيْهِ مِنَ الْعِزِّ فى عَدُوِّهِ. وَ الْخُمُولُ أَشْهى إِلَيْهِ مِنَ الشُّهْرَةِ. ثُمَّ قالَ(عليه السلام): أَلْعاشِرَةُ وَ مَا الْعاشِرَةُ؟ قيلَ لَهُ: ما هِىَ؟ قالَ(عليه السلام): لا يَرى أَحَدًا إِلاّ قالَ: هُوَ خَيْرٌ مِنّى وَ أَتْقى


Müsəlman şəxsin ağlı 10 xüsusiyyətlə kamil olar:
-ondan xeyir gözlənilsin;
-insanlar onun pisliyindən amanda qalsın;
-başqasının kiçik yaxşılığını böyük saysın;
-öz böyük yaxşılığını kiçik bilsin;
-ona çox ağız açılsa narazı qalmasın;
-ömür boyu öyrənməkdən yorulmasın;
-Allah yolunda yoxsulluğu var-dövlətdən üstün tutsun;
-Allah yolunda zəlilliyi əks yolda əzizlikdən  üstün bilsin;
-Tanınmamağı ad-sandan üstün saysın;
-Gördüyü adamı özündən üstün, təqvalı saysın 


10. "Siflə"

 سُئِلَ الرِّضا(عليه السلام) عَنِ السِّفْلَةِ فَقالَ(عليه السلام):مَنْ كانَ لَهُ شَىْءٌ يُلْهيهِ عَنِ اللّهِ


İmam Rizadan (ə) soruşdular ki, siflə nədir? Buyurdu: "İnsanda onu Allahdan ayıran nə varsa siflədir.

11.İman, təqva, yəqin

 إِنَّ الاِْيمانَ أَفْضَلُ مِنَ الاٌِسْلامِ بِدَرَجَه، وَ التَّقْوى أَفْضَلُ مِنَ الاِْيمانِ بِدَرَجَة وَ لَمْ يُعطَ بَنُو آدَمَ أَفْضَلَ مِنَ الْيَقينِ


İman İslamdan bir dərəcə yuxarıdır.Təqva isə imandan bir dərəcə yüksəkdir. Amma Adəm övladına yəqindən üstün bir şey verilməyib.

12.İzdivac, evlənmə qonaqlığı
  
 مِنَ السُّنَّةِ إِطْعامُ الطَّعامِ عِنْدَ التَّزْويجِ


İzdivac, ailə həyatı qurarkən süfrə açmaq, qonaqlıq vermək sünnədir.

13.Ən kiçik şeylə sileyi-rəhim, qohumları yoxlamaq

 صِلْ رَحِمَكَ وَ لَوْ بِشَرْبَة مِنْ ماء، وَ أَفْضَلُ ما تُوصَلُ بِهِ الرَّحِمُ كَفُّ الأَذى عَنْه


Bir qurtum su ilə də olsa qohumluq əlaqələrini bərpa edin. Qohumluqda ən yaxşı iş qohumu incitməməkdir.

14.Peyğəmbərlərin silahı

 عَنِ الرِّضا(عليه السلام) أَنَّهُ كانَ يَقُولُ لاَِصْحابِهِ: عَلَيْكُمْ بِسِلاحِ الاَْنْبِياءِ، فَقيلَ: وَ ما سِلاحُ الاَْنْبِياءِ؟ قالَ: أَلدُّعاءُ


İmam Riza (ə) daim səhabələrinə tapşırardı: "Peyğəmbərlərin silahını yaddan çıxarmayın!" Soruşulanda ki, bu silah nədir, buyarardı: "Dua!" 

15.Düşüncə və ağıl əlamətləri


 إِنَّ مِنْ عَلاماتِ الْفِقْهِ: أَلْحِلْمُ وَ الْعِلْمُ، وَ الصَّمْتُ بابٌ مِنْ أَبْوابِ الْحِكْمَةِ إِنَّ الصَّمْتَ يَكْسِبُ الَْمحَبَّةَ، إِنَّهُ دَليلٌ عَلى كُلِّ خَيْر


Helm və elm, dini dırketmənin əlamətlərindəndir. Susmaq hikmət qapılarındandır. Sükut hər bir xeyir işdə bələdçidir.

16.Guşənişinlik və sükut 

 يَأْتى عَلَى النّاسِ زَمانٌ تَكُونُ الْعافِيَةُ فيهِ عَشَرَةَ أَجْزاء: تِسْعَةٌ مِنْها فى إِعْتِزالِ النّاسِ وَ واحِدٌ فِى الصَّمْتِ


Elə bir dövr gələcək ki, salamatçılıq on şeydə olacaq: doqquzu xalqdan, cəmiyyətdən uzaqlıq, biri sükut, susmaq!

17.Təvəkkül

 سُئِلَ الرِّضا(عليه السلام): عَنْ حَدِّ التَّوَكُّلِّ؟ فَقالَ(عليه السلام): أَنْ لا تَخافَ أحَدًا إِلاَّاللّهَ 
از امام رضا(عليه السلام) از حقيقت توكّل سؤال شد


İmam Rizadan (ə) təvəkkülün nə olduğunu soruşdular. Buyurdu: Yəni Allahdan başqasından qorxmamaq!

18.Ən pis adam

 إِنَّ شَرَّ النّاسِ مَنْ مَنَعَ رِفْدَهُ وَ أَكَلَ وَحْدَهُ وَ جَلَدَ عَبْدَهُ


Həqiqətən, insanların ən pisi o şəxsdir ki, yaxınlarını xalqdan uzaqlaşdırar, süfrəyə tək oturar, tabeçiliyində olanı vurar.

19.Hakimlərdə vəfa olmaz

 لَيْسَ لِبَخيل راحَةٌ، وَ لا لِحَسُود لَذَّةٌ، وَ لا لِمُـلـُوك وَفاءٌ وَ لا لِكَذُوب مُرُوَّةٌ


Xəsisin rahatlığı, paxılın xoş saatı, hakimin vəfası, yalançının mərdliyi olmaz.

20.Əli öpmək

 لا يُقَبِّلُ الرَّجُلُ يَدَ الرَّجُلِ، فَإِنَّ قُبْلَةَ يَدِهِ كَالصَّلاةِ لَهُ


İnsan insanın əlini öpməz. Çünki əldən öpmək o adama namaz qılmaq kimidir. 

21.Allaha ümidvarlıq

 أَحْسِنِ الظَّنَّ بِاللّهِ، فَإِنَّ مَنْ حَسُنَ ظَنُّهُ بِاللّهِ كانَ عِنْدَ ظَنِّهِ وَ مَنْ رَضِىَ بِالْقَليلِ مِنَ الرِّزْقِ قُبِلَ مِنْهُ الْيَسيرُ مِنَ الْعَمَلِ. وَ مَنْ رَضِىَ بِالْيَسيرِ مِنَ الْحَلالِ خَفَّتْ مَؤُونَتُهُ وَ نُعِّمَ أَهْلُهُ وَ بَصَّرَهُ اللّهُ دارَ الدُّنْيا وَ دَواءَها وَ أَخْرَجَهُ مِنْها سالِمًا إِلى دارِالسَّلامِ


Allaha qarşı nikbin ol, Ona ümid et. Allah bəndəsinə onun münasibəti əsasında yanaşar. Az ruziyə qane olanın az əməlindən razı qalar. Halal və az ruziydən razı qalan adamın yükü yüngül olar, ailəsi nemət içində yaşayar, Allah dünyanın dərdi və dərdin çarəsinə onun gözünü açar, onu dünyadan behiştə sağ-salamat çatdırar.

22.İmanın əsasları

 أَلاْيمانُ أَرْبَعَةُ أَرْكان: أَلتَّوَكُّلُ عَلَى اللّهِ، وَ الرِّضا بِقَضاءِ اللّهِ وَ التَّسْليمُ لاَِمْرِاللّهِ، وَ التَّفْويضُ إِلَى اللّهِ


İmanın dörd əsası var: Allaha təvəkkül, Allahın verdiklərindən razı qalmaq, Allahın əmrlərinə təslim olmaq, işləri Allaha tapışırmaq.

23.Üstün bəndələr

 سُئِلَ عَلَيْهِ السَّلامُ عَنْ خِيارِ الْعبادِ؟ فَقالَ(عليه السلام):أَلَّذينَ إِذا أَحْسَنُوا إِسْتَبْشَرُوا، وَ إِذا أَساؤُوا إِسْتَغْفَرُوا وَ إِذا أُعْطُوا شَكَرُوا، وَ إِذا أُبْتِلُوا صَبَرُوا، وَ إِذا غَضِبُوا عَفَوْ


İmam Rizadan (ə) ən üstün bəndələr haqqında soruşuldu. İmam (ə) buyurdu: Onlar yaxşılıq edəndə xoşhal olur, pislik edəndə üzr istəyir,  əta ediləndə şükür edir, bəla gələndə səbir edir,  qəzəblənəndə bağışlayırlar.

24.Yoxsulu alçaltmamaq

مَنْ لَقِىَ فَقيرًا مُسْلِمًا فَسَلَّمَ عَلَيْهِ خِلافَ سَلامِهِ عَلَى الاَْغْنِياءِ لَقَى اللّهُ عَزَّوَجَلَّ يَوْمَ الْقِيمَةِ وَ هُوَ عَلَيْهِ غَضْبانُ


Yoxulla rastlaşanda varlılarla salamlaşdığından fərqli salamlaşan insan qiyamət günü Allahın qəzəbinə gələr.

25.Eyş-işrət

 سُئِلَ الاِْمامُ الرِّضا(عليه السلام): عَنْ عَيْشِ الدُّنْيا؟ فَقالَ: سِعَةُ الْمَنْزِلِ وَ كَثْرَةُ الُْمحِبّينَاز


İmam Rizadan (ə) dünya xoşbəxtliyi haqqında soruşdular. Buyurdu: Evin genişliyi və dostların çoxluğu dünya xoşbəxtliklərindəndir. 

26.Zalım hakimlərin fəsadı

إِذا كَذَبَ الْوُلاةُ حُبِسَ الْمَطَرُ، وَ إِذا جارَ السُّلْطانُ هانَتِ الدَّوْلَةُ، وَ إِذا حُبِسَتِ الزَّكوةُ ماتَتِ الْمَواشى


Hakimlər yalan danışanda yağış yağmaz, başçının zülmü dövləti rüsvay edər. Malın zəkatı verilməsə mal-qara məhv olar.

27.Mömini qəmdən qurtarmaq

 مَنْ فَرَّجَ عَنْ مُؤْمِن فَرَّجَ اللّهُ عَنْ قَلْبِهِ يَوْمَ القِيمَةِ


Möminin problemini həll edib onu qəmdən qurtaranı Allah qiyamət günü qəmdən azad edər.

28.Vacib əmrlərdən sonra ən üstün əməllər

 لَيْسَ شَىْءٌ مِنَ الاَْعْمالِ عِنْدَ اللّهِ عَزَّوَجَلَّ بَعْدَ الْفَرائِضِ أَفْضَلَ مِنْ إِدْخالِ السُّرُورِ عَلَى الْمُؤْمِنِ


Allahın nəzərində vacib əmrlərdən sonra ən üstün iş mömini sevindirməkdir.

29.Üz işdən aslı üç iş

 ثَلاثَةٌ مُوَكِّلٌ بِها ثَلاثَةٌ: تَحامُلُ الاَْيّامِ عَلى ذَوِى الاَْدَواتِ الْكامِلَةِ وَإِسْتيلاءُ الْحِرْمانِ عَلَى الْمُتَقَدَّمِ فى صَنْعَتِهِ، وَ مُعاداةُ الْعَوامِ عَلى أَهْلِ الْمَعْرِفَةِ


Üç iş başqa üç işdən aslıdır. Kifayət qədər imkanı olmayan çətinlik çəkər, işdə geri qalan məhrumiyyətə düçar olar, avam insan mərifət əhlinin düşməni olar.

30.Ehsanda orta hədd

 عَلَيْكُمْ بِالْقَصْدِ فِى الْغِنى وَ الْفَقْرِ، وَ الْبِرِّ مِنَ الْقَليلِ وَ الْكَثيرِ فَإِنَّ اللّهَ تَبارَكَ وَ تَعالى يَعْظُمُ شِقَّةَ الـتَّمْرَةِ حَتّى يَأْتِىَ يَوْمَ الْقِيمَةِ كَجَبَلِ أُحُد


Yoxsullulqla var-dövlət, çox yaxşılıqla az yaxşılıq arasında orta hədd tutun. Allah-Taala qiyamət günü para xurmanı Ühüd dağı həddində böyüdər.

31.Ünsiyyət və dostluğun izharı

 تَزاوَرُوا تَحابُّوا وَ تَصافَحُوا وَ لا تَحاشَمُو


Bir-birinizin görüşünə gedin ki, sevgi yaransın. Bir-birinizin əlinizi sıxın və bir-birinizə qəzəblənməyin.

32.Sirr saxlamaq

« عَلَيْكُمْ فى أُمُورِكُمْ بِالْكِتْمانِ فى أُمُورِ الدّينِ وَ الدُّنيا فَإِنَّهُ رُوِىَ « أَنَّ الاِْذاعَةَ كُفْرٌ» وَ رُوِىَ « الْمُذيعُ وَ الْقاتِلُ شَريكانِ» وَ رُوِىَ « ما تَكْتُمُهُ مِنْ عَدُوِّكَ فَلا يَقِفُ عَلَيْهِ وَليُّكَ».:


Din və dünya işlərində sirr saxlayın. Rəvayətə görə sirr açmaq küfrdür. Buyurulur ki, sirr açan qətlə şərik sayılar. Tövsiyə olunur ki, düşməndən gizlədiyini dost da bilməsin.

33.Əhdi pozmaq və hiylə

 لا يَعْدُمُ المَرْءُ دائِرَةَ السَّوْءِ مَعَ نَكْثِ الصَّفَقَةِ، وَ لا يَعْدُمُ تَعْجيلُ الْعُقُوبَةِ مَعَ إِدِّراءِ الْبَغْىِ


İnsan düşdüyü quyudan əhdi pozmaqla çıxa bilməz. Zülmlə yanaşı hiylə insanı ızabdab xilas etməz. 

34.Dörd qrupla münasib rəftar

 إِصْحَبِ السُّلْطانَ بِالْحَذَرِ، وَ الصَّديقَ بِالتَّواضُعِ، وَ الْعَدُوَّ بِالتَّحَرُّزِ وَ الْعامَّةَ بِالْبُشْرِ


Hakimdən qorxun olsun, dosta qarşı təvazökar ol, düşmənlə ehtiyatlı davran, xalqla xoş rəftar et.

35.Az ruziyə razı olmaq


 مَنْ رَضِىَ عَنِ اللّهِ تَعالى بِالْقَليلِ مِنَ الرِّزْقِ رَضِىَ اللّهُ مِنْهُ بِالْقَليلِ مِنَ الْعَمَلِ


Kim Allahın verdiyi az rusidən razı qalsa, Allah da onun cüzi əməli ilə kifayətlənər.

36.Əql və ədəb

 أَلْعَقْلُ حِباءٌ مِنَ اللّهِ، وَ الاَْدَبُ كُلْفَةٌ فَمَنْ تَكَلَّفَ الأَدَبَ قَدَرَ عَلَيْهِ، وَ مَنْ تَكَلَّفَ الْعَقْلَ لَمْ يَزْدِدْ بِذلِكَ إِلاّ جَهْل


Ağıl Allahın insana hədiyyəsidir.Ədəbli olmaq ağrıya dözməkdir. Zəhmət çəkib ədəbini qorumaq istəyən arzusuna çatar. Amma zəhmət çəkməklə ağıl qazanmaq istəyən yalnız öz cəhalətini artırar.

37.Təlaşın mükafatı

 إِنَّ الَّذى يَطْلُبُ مِنْ فَضْل يَكُفُّ بِهِ عِيالَهُ أَعْظَمُ أَجْرًا مِنَ الُْمجاهِدِ فى سَبيلِ اللّهِ


Ailəsinin dolanışığı üçün ruzi arxasınca qaçanın mükafatı Allah yolunda vuruşan mücahidin mükafatından çoxdur.

38.Beş insana ümid etmə!

خَمْسٌ مَنْ لَمْ تَكُنْ فيهِ فَلا تَرْجُوهُ لِشَىْء مِنَ الدُّنْيا وَ الاْخِرَةِ:مَنْ لَمْ تَعْرِفَ الْوَثاقَةَ فى أُرُومَتِهِ، وَ الكَرَمَ فى طِباعِهِ، وَ الرَّصانَةَ فى خَلْقِهِ، وَ النُّبْلَ فى نَفْسِهِ، وَ الَْمخافَةَ لِرَبِّهِ


Beş xüsusiyyəti olmayan insandan dünya və axirətdə bir xeyir gözləmə. Bir insanda  etibar, səxavət, möhkəmlik, nəcabət, Allah qorxusu görməsən, ondan xeyir gözləmə.

39.Əfv və güzəşt

 مَا التَقَتْ فِئَتانِ قَطُّ إِلاّ نُصِرَ أَعْظَمُهُما عَفْوً


İki dəstə baş-başa gələndə qələbə əfv və güzəşti çox olan tərəfindir.

40.Saleh əməl və Əhli-beytlə dostluq

 لا تَدْعُوا الْعَمَلَ الصّالِحَ وَ الاِْجْتِهادَ فِى الْعِبادَةِ إِتِّكالاً عَلى حُبِّ آلِ مُحَمَّد(عليهم السلام) وَ لا تَدْعُوا حُبَّ آلِ مُحَمَّد(عليهم السلام)لاَِمْرِهِمْ إِتِّكالاً عَلَى الْعِبادَةِ فَإِنَّهُ لا يُقْبَلُ أَحَدُهُما دُونَ الاْخَرِ


Məbada Ali-Məhəmməd, Əhli-beytlə dostluğa güvənib saleh əməli tərk edəsiniz. Məbada saleh əmələ güvənib Ali-Məhəmməd, Əhli-beytlə dostluğu tərk edəsiniz.


6201 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP