15 Fevral 2015
Heyva haqqında bilmədikləriniz

Heyvanın faydaları aşağıdakılardır:
*Heyva insanın bədənindəki bir çox problemlərin aradan qaldırılmasında böyük rol oynayır.
*Uşaqların sağlamlığını qoruyur, inkişafını və böyüməyi dəstəkləyir. Bir çox xəstəliyin sağalmasında istifadə edilən heyva ağciyər, boğaz, ürək, bağırsaq, mədə, göz və ağız xəstəliklərinin müalicəsində istifadə edilir. Sinir sistemini qüvvətləndirir.
*Mədə və bağırsaqları qüvvətləndirir, həzmsizliyi və bağırsaq mikroblarını aradan qaldırır.
*Üzü təmizləyir, dırnaqları parıldadır və daha sağlam olmasını təmin edir.
*Qrip və soyuqdəymənin qısa müddətdə aradan qaldırılmasında mühüm rol oynayır.
*Heyva yemək bağırsaq pozğunluğunun qarşısını alır. Çox yemək isə qəbizliyə yol açar.
*Kərə yağında qızardılmış heyva püresi halında yeyilərsə, bəlğəmin aradan qaldırılmasına kömək edər, qalıcı və xronik öskürəyə və bronxit xəstəlikləri üçün əlverişlidir.
*Ən önəmli xüsusiyyətlərindən biri də budur ki, bol mineral və vitaminlərin hesabına ürəyi gücləndirir.
Heyva gülünün və heyva qabığının faydaları
Heyva güllərini qaynadaraq istifadə edin. Bir qədər heyva gülünü qaynadıb bir qədər saxlayın və süzərək için. Bu, ana südünü artırır. Baş ağrılarını azaldır və ürəyin müqavimətini qüvvətləndirir.
Ağız yaraları, boğaz şişməsi kimi şikayətləri olan insanlar həm heyvanı qaynadıb suyunu, həm də gülünü qaynadıb içə bilərlər. Dodaq uçuqlaması olanlar heyva güllərini qaynadaraq ağzını və dodaqlarını bu su ilə yuya bilərlər.
Tərkibində şəkərin azdır, buna görə də şəkər xəstələri də qorxusuz yeyə bilərlər. Heyva suyunun, güllərinin ya da qabıqlarının qaynadılaraq içilməsi insanı rahatlatması, sakitləşdirdiyi də həqiqətdir. Sağlam bir həyat üçün heyvadan istifadə etmək mütləqdir.