23 Dekabr 2013
Həzrət Fatimə (s) nə üçün Zəhra adlandırılıb?
Aban ibn Təğlib İmam Sadiqdən (ə) soruşur: Niyə Fatimə (s) Zəhra (parlaq) adlandırılıb?
Həzrət Sadiq (ə) buyurur: “Ona görə ki, gündə üç dəfə həzrət Fatimənin (s) nuru həzrət Əli (ə) üçün zahir olardı. Bir gün həzrət Əli (ə) sübh namazına duran zaman həzrət Fatimənin (s) mübarək vücudundan nur saçdığını görür. Həmin nur Mədinədə olan bütün evləri işıqlandırırdı.”
İnsanlar təəccüblə həzrət Peyğəmbərin (s) evinə gəlib evlərinin nurani olmasının dəlilini soruşurlar.
Həzrət Peyğəmbər (s) buyurur: “Qızım Fatimənin evinə gedin və sualınızın cavabını orada tapın.”
Mədinə əhli həzrət Zəhranın (s) evinə gedirlər. Həzrət Fatiməni (s) mehrabda namaz qıldığını görürlər və Məkkə evlərini nurani edən mələkuti simanın burada olduğunu görürlər.
İkinci dəfə: Həzrət Zəhra (s) zöhr namazına dayananda.
Üçüncü dəfə: Günəş batandan sonra nur saçdığını əvvəl həzrət Əli (ə), sonra isə Mədinə əhli müşahidə edib.
Şəhər əhli yenə də Peyğəmbərin (s) evinə gedib, təəccüb içində gördüklərini danışıb və yenidən soruşurlar. Allahın Rəsulu (s) onları yenə də həzrət Zəhranın (s) evinə göndərir. Onlar həzrət Fatimənin (s) evinə çatıb görürlər ki, o həzrət (s) yenə də mehrabda ibadət edir, Allaha təriflər deyirdi və vücudundakı nur da bütün evləri bürüyür.
İmam Sadiq (ə) bu rəvayətin sonunda buyurur: “O nur imam Həsən (ə) dünyaya gələnə kimi həmişə həzrət Fatimənin (s) müqəddəs vücudunda olub. Həmin mübarək nur o həzrətə (ə) ötürülüb. Mübarək nur qiyamətə kimi bizimlə olacaq və ardıcıl olaraq Məsum İmamlara keçir.”
Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov