23 Aprel 2015
Kim əllamə sayılır?
Əllamə rəsmi hövzə titulu, dərəcəsi deyil. Bu ad kiçik bir qrup İslam alimlərinə verilmişdir

Əllamə adı ilə məşhur alimlər:
Əllamə Təbatəbai – Seyid Məhəmmədhüseyn Təbatəbai; Əlmizan təfsirinin müəllifi.
Əllamə Məclisi - Məhəmmədbaqir ibn Məhəmmədtəqi Məclisi Sani; 11 əsr hədisçilərindəndir, Biharul-ənvarın müəllifi.
Əllamə Hilli – Həsən ibn Yusif ibn Mütəhhər Hilli; Əllameyi-dəhr adı ilə məşhurdur; 8 əsr fəqihlərindəndir; fiqhdə təkcə əllamə deyəndə Əllamə Hilli nəzərdə tutulur.
Əllamə Əmini – Əbdülhüseyn Əmini; Əlqədir kitabının müəllifi.
Əllamə Həsənzadə Amuli – Həsən Həsənzadə Amuli; Əllamə Zülfünun kimi məşhurdur.
Əllamə Cəfəri – Məhəmmədtəqi Cəfəri; filosof, mövlanaşünas.
Əllamə Bəhrul-ulum – Seyid Məhəmmədmehdi Təbatəbai Bürucerdi, 12 əsr fəqihlərindəndir.
Əllamə Əskəri – Seyid Mürtəza Əskəri; müasir araşdırmaçı, Üsule-din Universitetinin rəisi.
Xacə Nəsirəddin Tusi – Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi; Əllamə Bəşər kimi məşhurdur
9 əsr filosofu Əllamə Cəlaləddin Dəvani, müasir fəqihlərdən olan Əllamə Əli Dəvani, müasir rical alimi Əllamə Şüştəri, 12 əsr alimi Əllamə Bəhrani, 11 əsr fəqihi və təfsirçisi Əllamə Feyz Kaşani, Məşrutə hamilərindən olan Əllamə Naini, müasir dövrün müctehidlərindən olan Əllamə Tehrani, müasir fəqih Əllamə Riyahi, Ələvi mədrəsəsinin təsisçisi Əllamə Kərbasçiyan, fəqih Əllamə Şerani, 8 əsr təfsirçisi Əllamə Seyid Heydər Amuli, müasir təfsirçi Əllamə Həsən Müstəfəvi, Mustədrək və Vəsailüşşiə müəllifi Əllamə Mühəddis Nuri, Əllamə İqbal Lahuri, Əllamə Seyid İsmail Bəlxi, Əllamə Seyid Səfdər Hüseyn Nəcəfi, Əllamə Talib Cohəri, Əllamə Şəmsəddin, ədib Əllamə Qəzvini, ədib və lüğətçi Əllamə Dehxuda, ədib Əllamə Humayi əllamə adlandırılmış alimlərdir.
Vilayet.nur-az.com