Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2015

İmam Hüseynin (ә) türbәtinә edilәn sәcdә

Kərbəla torpağının müqəddəsliyi və əzəməti ondadır ki, o, İimam Hüseyn (ə) kimi Peyğəmbər nəvəsinin cəsədini özündə saxlayır
Әziz oxucu, burada bir məsələni açıqlamağa çalışacağıq. Məsələ və sual bundan ibarətdir ki, nə üçün şiələr İmam Hüseynin (ə) türbətini digərlərindən üstün bilirlər və namaz əsnasında Kərbəla türbəti üzərinə səcdə etməyə üstünlük verirlər?
Cavab: 
Birincisi, ona görə ki, Kərbəla torpağına edilən səcdə digər torpaqlar üzərinə edilən səcdə kimidir. Çünki Kərbəla torpağı da Yer kürəsinin bir hissəsidir. 

İkincisi, Allah-taala Kərbəla torpağını yaradandan bəri onu müqəddəs və əzəmətli etmişdir. Peyğəmbər (s) buyurub: “Kərbəla torpağı Yer kürəsinin bütün torpaqlarından pakdır. Ona görə ki, o, cənnət çəmənliklərindən biridir.” (“Biharül-ənvar”, c.2, səh. 209)
İmam Sadiq (ə) da belə buyurmuşdur: “Həqiqətən Kərbəla torpağı, gəlin öz ərinin evinə necə aparılarsa, cənnətə o cür aparılır.”
İmam Zeynəlabidin (ə) buyurmuşdur: “Dan ulduzu ulduzlar arasından yer əhlinə necə işıq saçırsa, Kərbəla torpağı da cənnət torpaqları arasından o cür işıq saçacaqdır. Onun nuru cənnət əhlinin gözlərini qamaşdıracaqdır.”
Həzrət Әli (ə) bir gün Kərbəla torpağından keçərkən belə buyurmuşdur: “Bu torpaqda iki yüz peyğəmbər, iki yüz peyğəmbər nəvəsi qətlə yetirilmişdir. Onların hamısı şəhiddirlər.”

Üçüncüsü, Kərbəla torpağının müqəddəsliyi və əzəməti ondadır ki, o, İimam Hüseyn (ə) kimi Peyğəmbər nəvəsinin cəsədini özündə saxlayır. İmam Hüseyn (ə) o kəsdir ki, Allah yolunda hər bir şeydən keçdi, ən əzizlərini, özünü qurban verdi və öz qanı ilə “İslamın gövdəsini sirab etdi”, İslamı dirçəltdi, aradan getməyə qoymadı. Ona görə də İmam Hüseyn (ə) kimi əzəmətli bir şəxsiyyətin cəsədini özündə saxlayan bir torpağın, əlbəttə ki, əzəməti, hörməti Allah dərgahında günbəgün artacaqdır. Qədimdə belə deyərdilər: “Məkanın əzəməti onun müqəddəsliyi ilə ölçülər.”

Ola bilər soruşulsun ki, Mədinə torpağında da Peyğəmbərin (s) mübarək cəsədi dəfn olunmuşdur. Şübhə yoxdur ki, Peyğəmbər (s) İmam Hüseyndən (ə) üstündür, bəs onda nə üçün Peyğəmbər (s) türbətinə səcdə etmirsiniz?
Cavab: 
Birincisi, Peyğəmbərin (s) İmam Hüseyndən (ə) üstün olması həqiqətdir və Peyğəmbər (s) türbətinə də hamı ehtiramla yanaşır, namazda da bu türbət üzərinə səcdə edirlər.

İkincisi, İmam Hüseynin (ə) qəbrinin türbəti bəzi xüsusiyyətlərə görə bütün türbətlərdən seçilir. Lakin bu o demək deyildir ki, İmam Hüseyn (ə) Peyğəmbərdən (s) üstündür. Sadəcə olaraq, İmam Hüseynin (ə) Allah yolunda göstərdiyi rəşadət, misli-bərabəri olmayan qəhrəmanlıq, verdiyi qurbanlar və bir çox başqa səbəblərə görə, o həzrətin türbəti daha fəzilətli hesab edilir. Allah-taala bu dünyada və axirətdə İmam Hüseynə (ə) böyük imtiyazlar vermişdir. Bu dünyadakı imtiyazlardan biri odur ki, Allah-taala İmam Hüseyn (ə) türbətinə edilən səcdəni üstün bilmiş və onun savabını artırmışdır. Allah-taalanın verdiyi bu savab yalnız və yalnız İmam Hüseyn (ə) türbətinə xasdır.

Nur-az.com


5500 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP