05 Oktyabr 2013
Dəyişmək fürsəti
Elə bir dünyada yaşayırıq ki, axirətə aid söz dünya işinə, mənəviyyatla bağlı söz maddiyyata yozulur. Mən “dəyişmək fürsəti” deyəndə kimi maşınını, kimi evini, kimi də ... dəyişmək barədə düşündü yəqin. Yox, bu yazıda başqa dəyişmək nəzərdə tutulub, dünyaçılardan üzr istəyirəm.
Dinimiz buyurur ki, hamını özündən təmiz gör, təmiz bil. Bu mövzuda Həzrət Musanın əhvalatı ibrət götürənlər üçün çox ibrətamizdir. Allah-Taala Musaya buyurur ki, növbəti dəfə minacata gələndə ən pis məxluqumu özünlə gətir. Zaman ötür, Musa minacata gedəndə Allahın əmrini yada salır. Çox düşünür ki, kimi ya nəyi aparsın? Axırda qurd basmış veyil bir it görür, istəyir onu özü ilə götürsün. Yolda şəkkə düşür. Fikirləşir ki, bu itin nə günahı var? Beləcə iti buraxır və minacata tək gəlir. Allah-Taala tək gəlməsinin səbəbini soruşanda Musa cavab verir ki, pis məxluq tapa bilmədim. Allah buyurur: “Əgər o iti gətirsəydin gözümdən düşəcəkdin!” Bəli, insan öz pisliklərini daha yaxşı gördüyündən, başqalarını təmiz, pak, üstün saymalıdır. Amma bu da var ki, məsumlar istisna olmaqla ətəyi çirkaba batmayan yoxdur.
Hamıdan qabaq öz adlmı yazıram günahkarlar siyahısına və Allahdan bağışlanmaq istyirəm. Bəs edirmi? Tövbə ilə iş başa çatırmı? Bəli, Allah buyurur ki, bəndəsinin təkrar tövbələrini qəbul edər. Amma buyurmayıb ki, bəşəriyyətə, ətrafdakı insanlara qarşı cinayətləri, pislikləri bağışlayar. Allah həm də ona görə Allahdır ki, hətta öz qulunun haqqını onun öz ixtiyarına verib: qul özü istəsə bağışlayar, istəməsə yox! Demək, dildə Allah deyən, özünü iman əhli sayan hər bir bəndə başqa bəndlərin haqqına daha çox diqqət yetirməlidir. Çünki Allah ərhəmərrahimindir və asan bağışlayır. Bəndə isə kiçikdir, cılızdır, bəzən bir manatı bağışlamaz ki, borclu cəhənnəmə getsin. Bəndədən qorxmaq lazımdır. Bəndənin haqqını tapdamaqdan qorxmaq lazımdır. Biz dildə deyirik ki, Allahdan qorxuruq. Allah rəhimlisə nə üçün qorxaq?! Qorxmalı şey bəndənin haqqını tapdayıb, Allahın qəzəbinə gəlməkdir. Deyirəm Allahdan qorxuram, amma bəndənin ayağını tapdayanda qorxmuram. Qanmıram ki, bu bəndə haqqını keçməsə, Allahın qəzəbi nazil olasıdır.
Sözümün canı budur ki, dəyişmək istəyəndə, Allah yoluna gələndə insanlara hörmət qoymaq lazımdır. Bəndələrin haqqını ayaq altına alıb namaz qılmaq bir növ su üzərinə şəkil çəkmək kimidir, özünü aldatmaqdır.
Necə dəyişmək? Bu gün məzlumun haqqını yeyib, qonşuya zülm edib, valideynin üzünə qayıdandan sonra bir tövbə ilə “oxay, rahatlandım” deyib özümüzü xalis mömin sayırıq. Düzgündürmü? Yox! Bu yoxu qəbul edən dəyişmək üçün yol axtarır. Necə qurtarasan böhtandan, qeybətdən, söyüşdən? Gözünü açıb görmüsən ki, atan ananın ölüsünü-dirisini hər gün öz dilində yada salır. Qanına keçib təhqir. İlk haramı ananın sinəsindən yemisən, iliklərinə oturub. Hara baxmısansa adamları təkəbbürlü görmüsən, qoşulmusan mənəm-mənəm yarışına. Amma qəbul etdiyin din, başlanğıcında durduğun İslam yolu belələrini yolçu saymır. Yolda yolçudan başqa yolkəsən də olur. Maska taxıb həqiqi Allah yolçularına badalaq vuranlar İslam yolunda az deyil. Yola çıxmaqla adam yolçu olmur.
Dərd o qədər çoxdur ki, bir mövzuda yazmaq istəyəndə haşiyədə ilişib qalırsan. Mövzu bu idi ki, əsil bəndə özünü hamıdan pis sayır və dəyişmək istəyir. Dəyişmək üçün Allahla yanaşı insanlara münasibətin dəyişməlidir. İnsanlar hiss etməlidir ki, sən ağa yox, bəndəsən. Dəyişmək üçün münasib fürsət lazımdır. Bəli, bir təkan lazımdır ki, əlli ilin alkaşı, oğrusu, əxlaqsızı düşdüyü quyudan çıxa bilsin. Dəyişmək fürsəti həmişə var. Əlbəttə ki, dəyişmək istəyi varsa. Bir maneə var dəyişməyə: bağışlanmamaq qorxusu. Bunu deyəndə hamının ağlına gələn bu olur ki, Allah insanı bağışlamaya bilər. Yox, əzizlər! Allah öz haqqını hər zaman bağışlayır. Qorxu bəndənin bağışlamamasıdır. Bəndənin tapdanmış haqqı pul olsa nə var ki, zəhmət çəkib işləyərsən verərsən. Bu haqq böhtansa necə? Birinə fahişə demisən. Birinə zinakar damğası vurmusan. Birini zalım rejimə işləməkdə suçlamısan. İndi bu adamların qapısına gedirsən və it kimi qovurlar qapıdan. Necə olsun tövbən? Ümidini üzüb şeytan yolunu davam etdirməlisən? Şübhəsiz ki, belə deyil. Haqqını tapdadığın insanın səni bağışlamamaq haqqı var. O bağışlamıram deyəndə, “cəhənnəmə bağışla” desən günah yükün daha da ağırlaşacaq. Sən o insana dua etməklə, xeyir əməlin savabını bağışlamaqla günahını yuya bilərsən. Qiyamət səhnəsində günahlarına görə sorğuya çəkiləndə borclu olduğun, haqqını yediyin, böhtan atdığın insan gətiriləcək. İstəyi bu olacaq ki, günahımı öz öhdənə götür bağışlayım. Əgər savabın çox olsa bu işi görə biləcəksən. Demək, haqqını bağışlamayan bəndələrlə halallaşmaq yolu dünyadan çoxlu savabla getməkdir. Bu mənanı anladığın gün dəyişmək fürsəti yaranır. Artıq sənin üçün bağışlanmayan günah yoxdur. Əlbəttə ki, bu söz keçmiş günahlara aiddir. Mənası bu deyil ki, bildiyini beş qaba çək, sonra tövbə et, savab ver, günah al, bağışlan. Dəyişmək fürsəti öz əlindədir. Həqiqi dəyişmək günah edib tövbə demək deyil. Həqiqi dəyişmək tövbədən sonra günaha qayıtmamaq və tapdadığın haqlara görə halallıq almaqdır. Dünyada ala bilməsən, axirətdə almaq üçün savab aparmalı olduğu unutma.
Əbdülhəmid Aran