29 İyun 2015
Cənab Rəhbər: Mustafa İsmail kimi oxu!
Cənab Rəhbər Ayətullah Xameneinin qari Mustafa İsmailə rəğbəti

Ayətullah Xamenei şəmsi 1343-cü ildə Məşhəddə Quran təfsiri dərslərinə başlamışdı. Həmişəki tövsiyələrindən biri Qurana diqqət, Quran tilavəti idi. O dövrdə misirli qarilərin tilavətləri dünyanı təsir altına almışdı. Məşhəddə Quran təfsiri ustadı üçün münasib fürsət idi ki, xalqı, xüsusi ilə gəncləri Qurana cəlb etsin. Əbdulfəttah, Əbdülbasit, Mustafa İsmail, Rüfətin lent yazılarını çətinliklə tapıb Məşhəddə yayırdı. Cənab Rəhbərin təfsir dərsləri dövründə İmam Həsən (ə) məscidində gənclər Quran tilavəti məclisləri təşkil edirdi. Sonradan bu məclislər Kəramət məscidində də quruldu. Cavad Saadat Fatimi deyir: “Həzrət Ağa dərslərində yazı lövhəsi qarşısında dayanar, ayə yazıb təfsir edərdi. Yəni minbərdən yox, ayağ üstə dayanıb danışardı. Söhbətdən sonra stul qoyardılar, qari əyləşərdi, ağanın təfsir etdiyi ayələri oxuyardı.” Misir qariləri arasında Mustafa İsmailin səsi təfsir ustadının diqqətini çəkirdi. O Misir qarilərini, xüsusi ilə Mustafa İsmaili dinləyirdi. Arabir onun səsini yazmaq həmişəki işlərindəndi.”
Cənab Rəhbər buyurur: “1346, 1347-ci illərdə Məşhəddə ərəb radio şəbəkələrində Şeyx Mustafa İsmailin tilavətini izləyirdim. Xüsusi ilə Misir radiosunu diqqətlə izləyirdim ki, bəlkə onu eşidə bilim. Onun lent yazıları bazarda yox idi, İran radiosunda da Quran yayımlanmırdı. Biz xarici radiolara qulaq asmağa məcbur idik. Mustafa İsmailin aşiqi idik. Cətinliklə lent yazılarını tapıb dinləyirdik.” Cənab Rəhbər başqa bir məclisdəki söhbətində buyurur: “Məndə Quran var, arxasında yazmışam ki, filan gün Mustafa İsmail oxudu, filan gün Əli Əl-Bənna oxudu. Beləcə, hansı qarinin nə vaxt oxuduğunu qeyd etmişəm. 1349-cu ildə Əbdunnasir öldü. Mən həbsxanaya gedəndə özümlə tranzistorlu radio aparmışdım. Əlbəttə ki, bir müddət sonra həbsxanaya radio buraxmırdılar. Əbdunnasirin ölümü münasibəti ilə qarilər Quran oxuyurdular. Məharət nümayiş etdirirdilər. Xatırlayıram ki, “və kəəyyin min nəbiyyin qatələ məəhu ribbiyyunə kəsir” (Ali-İmran 146) ayəsini həm Şeyx Mustafa İsmail oxudu, həm də Əli Əl-Bənna.”
Gənclərin Quran təfsiri dərslərində Qurana maraq göstərməsi səbəb olur ki, Ayətullah Xamenei özü Quran tilavəti məclisləri təşkil edir. Məclislər Kəramət məscidində cümə günü sübhlər bərpa olunur. Sonradan rejimin təzyiqləri altında məclis dayandırılır. Cənab Mürtəza Saadat Fatimi Məşhədin qədim qarilərindəndir. Həmin günləri belə xatırlayır: “Mənə dedilər ki, Quran məclisi təşkil etmək istəyirlər və mən proqram hazırlayım. Quran qiraətində mütəxəssislərdən olan cənab Muxtari Məşhəddə idi. O rəsmi olaraq bu məclisin təşkilini öz üzərinə götürdü. Məclislər Ayətullah Xameneinin iştirakı ilə keçirilirdi. Cənab Rəhbər gələr, böyük övladlarını da özü ilə gətirərdi. Quran oxunanda xeyli təşviq edər, həvəsləndirərdilər. Şah rejimi Ayətullah Xameneiyə minbəri qadağan etdi. Belə bir dövrdə bəzi oxunan ayələrin təfsiri barədə ona verilən sulları cavablandırması söhbət üçün bir bəhanə olurdu.
Sonralar Ayətullah Xameneinin dostlarından biri Misirə getmişdi. Oradan Mustafa İsmailin lent yazılarını sövqat gətirmişdi. Bu lent yazıları Məşhədli gənclər arasında əlbəəl gəzir, tədricən ölkə ərazisində yayılırdı. Cənab Saadat Fatimi deyir: “Ağa bir gün mənə buyurdu ki, heyif, Mustafa İsmail kimi oxumursan. Mustafa İsmailin böyük qari olduğunu, Misirdə birincilərdən olduğunu buyurdu. Dedim ki, Mustafa İsmail çətindir, avazı çox geniş və güclüdür. Ağa buyurdu: “Sizdən gözləmirdim. Bu nə deməkdir?! Əgər istəsən bacararsan.” Dedim ki məndə onun lent yazısı da yoxdur. Doğrudan da, o zaman lent yazısı tapılmırdı. Lent yazıları çətinliklə əldə olunurdu. Bəziləri Əbdülbasitin lent yazılarını əldə etmişdilər. Mustafa İsmailin lent yazıları isə tapılmırdı. Ağa buyurdu ki, məndə lent yazısı var, sizə verərəm. Mustafa İsmaildən iki lent yazısı verdi. Birində Bəqərə surəsini oxunurdu, o birində Ali-İmran. Çox gözəl oxuyurdu. Yavaş-yavaş təkrarlayıb, öyrənirdim.”
Cənab Rəhbər buyurur: “Tehranda Əbdülbasitdən başqasını tanıyan yox idi. Mən Tehrana gələndə yalnız ondan danışırdılar. Başqa yerlərə də gedəndə Əbdülbasitdən başqasının səsini eşitmirdim. Məşhəddə Mustafa İsmailin lent yazısı varım idi. Dostlardan biri səfərə gedirdi ondan xahiş etmişdim ki, Şeyx Mustafa İsmailin lentlərini tapsın gətirsin. O da bir neçə lent yazısı gətirmidi. O zaman bizim lent yazılarımızı yayan Mürtəza Fatimiyə tapşırdım ki, bu lent yazılarını da yaysın. O də həmin işi gördü. Tehrandan gələnlərə də lent yazıları verdi. Beləcə Mustafa İsmailin lent yazıları Tehranda yayıldı. Dorğudan da çox ecazkar idi. Çox fövqəladədir. Hud, Bəqərə surələrini, Davud və Calutdan ayələri insafən çox gözəl oxuyur.”
Təfsir ustadının tövsiyələrinin səbəbi məqsədli idi. Mustafa İsmail ilk qaridir ki, qiraətlə mənalar arasında həmahənglik yaradıb. Tilavətdə ona təqlid Quran mənalarına diqqətə kömək edir. Ayətullah Xamenei sonralar buyurardı: “Quran tilavət edərkən mənalara diqqət edən qari ilə diqqət etməyən qari arasında fərq var. Misir qariləri arasında iki-üç qari oxuyanda mənalardan təsirlənirlər. Mustafa İsmailin tilavətinin təsiri bununla bağlıdır. Çünki özü ayələrdən təsirlənirdi. Bəzi qarilər isə yalnız məharət göstərir, işin gözəlliyinə diqqət yetirir.” Cənab Xameneinin Mustafa İsmailə o qədər sevgisi var idi ki, evdə demişdi inqilab olsa, sizi Misirə aparacağam, Mustafa İsmaili görəsiniz.
Neçə illər sonra İmam İrana qayıtdı, inqilab qələbə qazandı. Amma üzərinə düşən məsuliyyətin ağırlığı Ayətullah Xameneiyə belə bir imkan vermədi ki Misirə getsin. Cənab Rəhbər buyurur: “Şeyx Mustafa İsmail inqilabımızdan sonra sağ idi. Təəssüf ki, inqilabın ilk illərində bu mövzuda indiki qədər düşünmürdük. Yoxsa nə yolla olur olsun Şeyx Mustafa İsmaili Tehrana gətirərdim.”
Cənab Rəhbərin məsuliyyəti qəbul etdiyi zamanda Misir qarilərinin İrana ayağı açıldı. Cənab Rəhbər uzun illər radioda dinlədiyi qarilərlə görüşürdü. Məhəmməd Ənvər, Rağib Mustafa Ğəlvəş, Əbüləyneyn və başqa qarilər onunla görüşürdülər. Müxtəlif şəhərlərdə Quran tilavəti məclisləri qurulurdu. Artıq İranda fəza dəyişmişdi, Quran cəmiyyətdən təcrid edilməmişdi. Cənab Rəhbər qarilərlə görüşdə buyurub: “Ağaları ziyarət etməkdən xoşhalam. 30 ilə yaxındır ki, Şeyx Əbüləyneynin lent yazıları ilə tanışam. Uzun illər qabaq Məşhəddə mənim üçün mərhum Şeyx Əbdülfəttah və Şeyx Mustafa İsmailin lent yazılarını gətiriblər. O zaman onların səsi ilə tanış olmuşam. Bəzən də ərəb radio şəbəkələrində sizin tilavətlərinizi dinləmişəm. Həmd olsun Allah, ölkəmizdə hər yerdə Qurana şövq yer alan zaman buraya gəlmisiniz. Allaha şükr edirəm ki, gənclərimizin, uşaqlarımızın, bütün xalqımızın vücudu başdanbaşa Qurana şövqlə doludur. Qiraətlə, təcvidlə, mənalarla tanışdırlar. Keçmişdə belə olmayıb. Keçmişdə zalım hakimlər xalqı Qurandan ayırıblar. Arabir Quran sahəsində fəaliyyət göstərənlər tapılsa da bu fəaliyyətlər səthi olub. Xatırlayıram ki, Şeyx Əbuləyneyn Məşhədə gəlmişdi. Mən həbsdən yenicə buraxılmışdım. Şeyx Gövhərşad məsicdinin eyvanında Quran oxuyurdu. 100 nəfərə yaxın adam vardı. Dayanıb tamaşa edirdilər. Anlamırdılar ki, Quran nədir. Yoldan ötənlər məclis olduğunu görüb orada əyləşmişdilər. Amma indi həmin yerə getsəniz minlərlə insan Quran dinləməyə gələcək.”
Vilayet.nur-az.com