Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyul 2015

Günahın aqibəti azğınlıqdır

Ramazan ayı xalisləşmək ayıdır. Əgər düzgün baxsaq, bu ayda xalis olmaq digər aylarda xalis olmaqdan daha asandır
Sizin vücudunuzda dəyərli bir qızıl var. Təəssüflər olsun ki, bir çox hallarda bu qızıl torpaqla, mislə, qiymətsiz əşyalarla qarışır. Sizin vücudunuzdakı, daxilinizdəki çör-çöplə qarışmış bir xəzinədir. İlahi peyğəmbərlərin (ə) bütün səyləri, zəhmətləri buna görə idi ki, biz vücudumuzdakı qızılı, qiymətli ünsürü xalisləşdirək, kürədən çıxaraq. Dünyadakı imtahanlar, çətinliklər bunun üçündür. Allahın insanlara əmr etdiyi çətin göstərişlər bunun üçündür. Allah yolunda cihad bunun üçündür. Allah yolunda şəhadətə çatanın bu qədər dəyərli olmasına səbəb budur ki, böyük mübarizə, cihad ilə, canını fəda etməklə özünü xalisləşdirə bilmişdir. Eynilə qızılın xalisləşməsi, kürədən çıxarılması kimi.
Ramazan ayı xalisləşmək ayıdır. Əgər düzgün baxsaq, bu ayda xalis olmaq digər aylarda xalis olmaqdan daha asandır. Biz, həmin orucla, nəfslə mübarizə aparmaqla özümüzü xalisləşdirə bilərik. Əgər azğınlıqlar ya bizim işlətdiyimiz günahlara, ya da vücudumuzda gizlənmiş pis xüsusiyyətlərə görədir. “Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu!” ("Rum", 10) Günahın aqibəti azğınlıqdır. Bu vəziyyətdən çıxış yolu insanın ürəyində tövbə nurunun işıq saçmasıdır. Bizə təkrar-təkrar deyirlər ki, əgər günah etsəniz ardınca tövbə edin. Günahı təkrar etməkdən peşman olun. Günah etməməyi qərara alın. Bütün bunları ona görə deyirlər ki, günah bataqlığına düşmək çox təhlükəlidir. Bəzən insan elə bir yerə çatır ki, artıq qayıtmağa yolu olmur.
Azğınlığa səbəb olanlardan biri günah, digəri isə pis xislətlərdir. Pis xislətlər hazırki günahlardan daha çox azğınlığa səbəb olur. Əgər biz hər bir işdə, hər bir sözdə, hər bir əqidədə xudbin, eqoist olsaq, bir-birimiz üçün fitnə hazırlasaq, yalnız özümüzün düzgün anladığımızı düşünsək, yalnız özümüzün düzgün iş gördüyümüzü düşünsək və heç bir məsləhətə, məntiqi əsaslandırmaya etina etməsək, heç bir haqq sözə qulaq asmasaq, əgər vücudumuzda həsəd o qədər kök atsa ki, gözəli çirkin görsə və bir yerdə aydın həqiqəti təsdiqləyə bilməsək, əgər şöhrət sevgisi, vəzifə sevgisi, dünya malı sevgisi bizim gerçəyi qəbul etməyimizə mane olsa, bu zaman azğınlaşdırıcı, qorxunc xüsusiyyətləri qəbul etmiş olacağıq.
Dünyada yolunu azdığını gördüyünüz insanlar bu şəkildə azmışlar. Əks təqdirdə "Dünyaya gələn hər kəs fitrət üzərində gəlir". ("Əl-Kafi fi əl-üsul", c. 2, səh. 12) Paklıq bütün ruhlarda var. Hamının gerçəyi, haqqı görən vicdanı var. Amma bu nurlu, duru çeşməni nəfsani istəklərlə, çirkin xislətlərlə -bəzisi irsi, bəzisi qazanılmış - bulandırırlar.
Bu haqda sizə bir məsələni demək istəyirəm. Əxlaq alimləri, bugünkü bəşəri elmlərdən olan bu ixtisas üzrə mütəxəssis olanlar - praktiki əxlaqın mənim və sizin üçün dəyərli olmasına baxmayaraq, bir çox insanlar var ki, əxlaq elmi üzrə mütəxəssisdirlər - deyirlər ki, hətta mən və siz irsi xüsusiyyətlərimizi də dəyişə bilərik. Misal üçün, irsiyyət yolu ilə keçmiş tənbəlliyi, tamahı, xəsisliyi, həsədi, inadkarlığı dəyişmək olar. Bəzi insanlar inadkardırlar. Qarşılarına nə qədər həqiqət çıxarılsa da öz inadkar mövqeləri üzərində israrla dayanırlar. Belə bir tərz insanı həqiqətdən uzaqlaşdırır. İnadkar şəxs inada başladıqda hələ həqiqət nurunu anlayır, hiss edir ki, inadkarlıq əsasındadır. Amma inadkarlıq təkrar olunduqda azacıq həqiqət nurunu da anlamır. Onda yalan batin, yalan etiqad, əqidə yaranır. Əgər özünə gəlsə, dərindən düşünsə, görəcək ki, zehnində olan əqidə deyil. İçəridən, daxildən deyil. Amma onda qoymur ki, o həqiqət müjdəsini, mənəviyyat ismarışını, haqqı eşitsin.

Ayətullah Seyid Əli Xamenei


7140 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP