09 Yanvar 2014
İmam Həsən Əskərinin (ə) şəhadəti

İmam Həsən Əskəri (ə) öz qeyri-adi biliyi ilə əvvəlcədən hiss etmişdi ki, qarşıda onu ölüm gözləyir. O öz şəhadəti haqqında anasına xəbər verərək demişdi: «Hicri 260-cı ildə bir hadisə baş verəcək; bu, həqiqətən də, imamın abbasi hökuməti tərəfindən şəhadətə yetirilməsi olacaq». Bu xəbər imamın anasını qəm dəryasına qərq etmişdi. İmam ağlayan anasına təsəlli verərək demişdi: «Ana! Allahın hökmü qətidir, dözümsüzlük göstərmə». İmamın xəbər verdiyi kimi, hicri 260-cı ildə bu şəhadət həqiqətə çevrildi.
İmam Həsən Əskəri hicri-qəməri təqvimi ilə 260-cı ildə rəbiul-əvvəl ayının 8-də şəhadətə çatıb. Şəhadətə çatan zaman onun 28 yaşı olub.
Bu üzücü şəhadət münasibətlə başda İmam Zaman (əc) olmaqla, bütün müsəlmanlara başsağlığı veririk.
Nur-az.com