Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2015

Zalımla kim hesab çəkəcək?

Görən, övladın ataya bağlılığı güclüdür, yoxsa bəndənin Allaha bağlılığı?!
Həzrət Əlinin (ə) “mən zələmə ibadəllahi kanəllahu xəsməhu” buyuruğundan aydın olur ki, Allahın bəndələrinə qarşı çıxan kəs Allaha qarşı çıxmışdır və onunla Allah hesab çəkəcək. Yəni Allah məzlum bəndəsi tərəfindən zalıma qəzəb göstərər, onun başına əzab yağışı yağdırar. Necə ki, körpəyə zülm etmiş şəxs əslində onun atası ilə üzbəüz dayanmış olur. Zülm olunmuş övladın atası bu zülmü özünə qarşı görür və zalıma qarşı ayağa qalxır. Bəli, ata-övlad rabitəsi belə bir himayə doğurur.
Allahın Rəsulu (s) buyurur: “Allahın bəndələri onun ailəsindəndir.” (“Əl-fiqh”, səh.369.) Bütün insanlar Allah tərəfindən himayə olunurmu? Aydın məsələdir ki, zülmə uğradıqda müdafiə olunub haqqını ala bilməyənlərə görə Allah zalımların sorağına gəlir.
Görən, övladın ataya bağlılığı güclüdür, yoxsa bəndənin Allaha bağlılığı?!

Zalımın labüd məğlubiyyəti

Zalım şəxs Allaha qarşı çıxmışdır və yalnız xalqa münasibətdə zora və quldurluğa güvənir. Allah bütün qüdrətlərin fövqündədir. (“Fəth” surəsi, ayə 10.) O zalımın simasını ifşa etməklə sübuta yetirir ki, onun hərəkəti məntiq və dəlilə yox, quldurluq və zülmə əsaslanır. Məlum məsələdir ki, Allah zalımın çöhrəsindən niqabı qaldırıb onun əsil simasını tanıtdırdıqdan sonra məzlumlar Allaha güvənərək zalıma qarşı çıxasıdır. Bu savaşda məzlumlar Allah tərəfindən himayə olunduğundan onlar qalibdir və zalımların məğlubiyyəti labüddür.

Zalımın tövbəsi

İslam zülmü qəti şəkildə məhkum edib, onu çirkin və günah əməllərdən saysa da, Allah özü dərhal zülmə cavab versə də, zalım üçün qayıtmağa yol qoyulur. Çünki Allah bağışlayan və mehribandır, hər bir günahkarı tövbə etdiyi təqdirdə əfv edir. Burada da tövbə edənlər üçün müqəddəs dərgahda bağışlanma nəzərdə tutulmuşdur.
Bu səbəbdən İmam Əli (ə) buyurur ki, zalım şəxs Allaha qarşı qalxmış, özü eynən savaş ocağı olmuşsa da, onun üçün qayıdış yolu tam bağlanmamışdır. Çünki Allah bu şəxslə zülmünü davam etdirəcəyi halda düşməndir. Nə qədər ki o tövbə edib geri dönməmişdir, Allah onunla savaşdadır. Elə ki zülm-sitəmdən əl çəkib tövbə etdi, Allah onun günahlarını bağışlayır, onunla düşmənçilikdən daşınır.
Əlbəttə ki, tövbənin də günah mərtəbəsinə uyğun qəbul şərtləri var. İnsanların haqqını tapdamış şəxs tövbə edib qərara gəlsə ki, bundan sonra həmin işi görməyəcək, bəs etməz. Həmin şəxs qəsb etdiyi haqları qaytarmalı, Allah bəndələrinin razılığını əldə etməlidir. Bəndələrin razılığından sonra Allah həmin şəxsin səmimi tövbəsini qəbul edir.


5142 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP