12 Yanvar 2014
İmam Zamana (əc) nə cavab verərəm?

Günlərin birində bir yoxsul onun evinə gedib ondan bir şey istəyir. Şeyxin pulu olmadığından evdə olan mis kasanı götürüb ona verib dedi: “Bunu apar sat.”
İki üç gündən sonra evdəkilər görürlər ki, mis kasa yoxdur. Hay-küy saldılar ki, mis kasanı oğru aparıb. Evdəkilərin səsini kitabxanada mütaliə edən Şeyx eşidir. Şeyx kitabxanadan onlara səslənir ki, oğrunu müttəhim etməyin, kasanı mən aparmışam.
Şeyx səfərlərinin birində Samirraya gedir və orada bərk xəstələnir. Mirza Şirazi ona dəyməyə gəlir və Şeyxə ürək-dirək verir.
Şeyx deyir: Mən ölməyimdən nigaran deyiləm. Lakin nigarançılığım ondandır ki, biz Əhli-beyt aşiqlərinin əqidəsinə görə, öldüyümüz zaman ruhumuzu İmam Zamana (əc) təklif edərlər. Əgər İmam (əc) sual buyursa: Zeynəlabidin, biz sənə bundan daha çox etibar və şöhrət vermişdik ki, borc edib fəqirlərə verəsən, niyə bu işi görmədin? Mən o Həzrətə nə cavab verə bilərəm?!
Deyirlər ki, Mirza Şirazi bu sözlərdən həddən artıq təsirlənir və evə gedərək evində olan İmam malının hamısını ehtiyaclılara paylayır.
Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov
Dilimizə çevirdi: R. Hüseynov