13 Yanvar 2014
Möminə hörmətsilik

Qulam deyir: Evdə yoxdur. Mömin evinə qayıdır.
Qulamın sahibi onun yalan danışmasına göz yumur və onu məzəmmət etmir. Evdə olan iki nəfər də bu hadisədən narahat olmadan söhbətlərinə davam edirlər.
Həmin günün səhərisi həmin mömin o üç nəfərin yanına gedir. Onlardan birinin bağına getmək istəyirdilər. Salam verib deyir: “Mən də istəyirəm sizinlə gəlim.”
Beləliklə, onlarla birlikdə bağa gedirlər. Bu mömin kişi ehtiyaclı və aciz olduğundan üç nəfər keçən günki hadisəyə görə ondan üzürxahlıq etmirlər.
Bir az yol getdikdən sonra bulud başlarının üstünü alır. Elə bilirlər ki, yağış yağacaq. Elə bu vaxt bir səs eşidilir: Ey atəş, bunları öz ağuşuna al. Mən Allahın göndərdiyi Cəbrailəm. Bundan sonra alov o üç nəfəri bürüyür. Kamil mömin isə alovdan kənarda qalır və bu hadisəyə təəccüblə baxır.
Bu hadisədən sonra mömin kişi şəhərə qayıdır və o zamanın peyğəmbəri olan həzrət Yuşə ibn Nunun yanına gedir və hadisəni ona danışır!
Peyğəmbər buyurur: “Məgər bilmirdin ki, Allah onlardan razı idi, amma sonradan onlara qəzəbləndi. Onların başına gələnlərin hamısı sənə etdikləri əməlin cəzası idi.”
Ərz edir: “Məgər onlar mənə qarşı nə pis əməl ediblər?”
Yuşə peyğəmbər hadisəni ona danışır.
Mömin deyir: “Mən onları bağışlayıram.”
Buyurdu: “Bu əfv və bağışlama əzabdan qabaq olsaydı onlara faydası olardı. Əzabdan sonra faydası yoxdur. Ola bilsin bundan sonra bağışlanalar.”
Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov
Dilimizə çevirdi: R. Hüseynov