14 Yanvar 2014
Yalançı necə hidayət oldu?

Dedi: “Dəli bir dəvəm var, tez-tez qaçır. Bura gəlmişəm ki, bu qadınlar onun üçün bir ip toxusunlar və dəvəni bağlayım.”
Həzrət Peyğəmbər (s) bir söz buyurmadan gedir. İşlərini gördükdən sonra qayıdır və hələ də o kişini qadınların yanında oturduğunu görüb buyurdu: “Dəli dəvən hələ qaçmayıb?”
Xat nəql edir ki, mən xəcalət çəkdim və bir söz deyə bilmədim. Bu hadisədən sonra həmişə Peyğəmbəri (s) görəndə gizlənərdim və səy edirdim ki, o həzrətlə (s) üzbəüz gəlməyim. Gördüyüm işə görə Peyğəmbərdən (s) xəcalətli olduğum üçün Mədinəyə gəldim.
Bir gün məsciddə namaz qılırdım. Peyğəmbər (s) gəlib mənim yanımda oturdu. Mən bilərəkdən namazı bir az uzatdım, o həzrət (s) buyurdu: “Namazını uzatma, mən səni gözləyirəm.”
Namazı qurtaran kimi mənə buyurdu: “De görüm o dəli dəvən o gündən sonra qaçmadı?”
Mən xəcalət çəkdim və durub o həzrətin (s) yanından getdim.
Sabahı gün Peyğəmbəri (s) atın üstündə küçədən keçdiyini gördüm. Mənə çatanda buyurdu: “De görüm dəvən daha qaçmır?”
Dedim: “Allaha and içirəm ki, müsəlman olduqdan sonra dəvəm daha qaçmır.”
Həzrət Peyğəmbər (s) buyurdu: “Allahu əkbər, Allahu əkbər. Ey Allahım, Xatı hidayət et.”
O gündən sonra Xat hidyaət olaraq həqiqi müsəlmanlardan olur.
Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov
Dilimizə çevirdi: R. Hüseynov