16 Yanvar 2014

Allaha etimadın bəhrəsi

Böyüklərdən biri nəql edir ki, təyyarədə idik, Tehrandan Bağdada uçurduq. Pilot təhlükə zəngini vurdu. Stüardessa gəlib dedi: Vəziyyət çox qorxuludur, təyyarənin təkərləri açılmır. Qorxudan hamının rəngi qaçdı. Stüardessa yenə qayıdıb elan etdi ki, Tehrana xəbər vermişik. Oradan dedilər ki, ya Tehrana qayıdın, ya da İraqa uçun.
Hamının rəngi qaçmışdı və hərəkət etməyə halları qalmamışdı. Mən isə düz oturmuşdum. Mənim yanımda oturan üzünü mənə tutub dedi: Karsan?
Dedim: Xeyr.
Dedi: Məgər eşitmədin nə dedi?
Dedim: Niyə, eşitdim.
Dedi: Onda niyə qorxmursan? Yarım saatdan sonra yerə düşüb hamımız öləcəyik.
Dedim: Mən təyyarəyə minəndə (“ومن يتوكل علي الله فهو حسبه) "Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər" (Talaq, 3)) və Ayətəl-kürsü oxumuşam. Rəvayətə görə kim Ayətəl-kürsü oxusa Allah onu qoruyar. Əgər mən öləcəmsə, qorxsam da öləcəm, qorxmasam da. Amma əgər ölmək nəsibimiz deyilsə, Allah hamımızı qoruyar. Təyyarədəkilər mənim cəsarətimi görüb yanıma gəlib vəsiyyət edirdilər. Mən onlara deyirdim ki, əgər qərar olsa ölək hamımız bir yerdə öləcəyik, yox əgər sağ qalsaq hamımız sağ qalacağıq. Axı mənə niyə vəsiyyət edirsiniz? Onlar özlərini ölü, məni isə diri hesab edirdilər.
Elə bu vaxt Bağdada çatdıq və təyyarə bir az aşağı endi. Aşağı baxdıqda orada anbulanslar və həkimlərin gəldiklərini gördük. Pilot xətər zəngini vurub elan etdi ki, benzin qurtarmaq üzrədir, kəmərlərinizi bağlayın. Bir nəfər də olsun kəmərini bağlaya bilmədi. Mən qalxıb hamının kəmərini bağladım və sonra da öz kəmərimi bağladım. Bir dəfə də xətər zəngi çalındı və təyyarə aşağı enərək yerlə sürüşdü. Təyyarə tamam əzilmişdi, amma müsafirlərdən heç birinə bir şey olmamışdı. Mən birinci adam oldum ki, özüm yerə düşdüm. Hamı təəccüblənirdi. Amma qalan müsafirləri təyyarədən endirib anbulanslara mindirərək xəstəxanaya apardılar.
Bəli, əgər Allaha etimad olsa, insanın arxası olar. Bu dünyadakı bütün istirablar, qüssələr, qorxular ona görədir ki, insanın Allaha etimadı yoxdur. Əgər Allaha etimad olarsa, istirab, qüssə və qorxunun insan üçün mənası olmaz və insan Allaha etimad və təvəkkül sayəsində özünü bütün çətinliklərdən xilas edər.

Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov 


6619 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP