04 Noyabr 2015
İslam ordusunun fərqi: Allaha iman
İslam ordusunu digər ordulardan fərqləndirən cəhət Allaha imandan...

Siz bilirsiniz ki, bu gün İslam düşmənləri say, hazırlıq və texnika baxımından İslamın xidmətində duranlardan və İslamı müdafiə edənlərdən güclüdürlər. Lakin iman amili nəzərə alınsa, İslamın silahlı qüvvələri – ordu və korpus imanla təchis olunsa, Allaha arxalansa, Allah yolunda cihad etsə və üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışsa, hansı imkanlara malik olursa-olsun, dünyada heç bir qüvvə onun qarşısında dayana bilməz. Silahlı qüvvələrdə bu inamı yaratmaq lazımdır. Çünki biz texnika baxımından dünyanın böyük gücləri ilə rəqabət apara bilmərik. Onlar texnika və canlı qüvvə baxımından bizdən illərlə öndədirlər. İman amili isə bizdədir, onu döyüşçüyə köçürmək lazımdır. Biz harada uğur qazandıqsa, bu qüvvə ilə qazandıq və harada məğlub olduqsa, bu qüvvənin zəiflədiyinə görə məğlub olduq. Əgər gedib döyüş əməliyatlarını təhlil etsəniz, bu nəticəyə çatarsınız. Harada qəlblər iman nuru ilə işıqlanmışsa, biz bütün sədləri keçib irəliləmişik; harada maddiyyata və zahiri işlərə meyl, ilahi savaba rəğbətsizlik və şəriət vəzifəsinə diqqətsizlik bizim niyyətlərimizi bir qədər korlamışsa, orada uduzmuş və məğlub olmuşuq. (Vilayət hədisi, c. 2, səh. 214-215 (1989))
Ayətullah Xamenei