22 Yanvar 2014
İmperiyaların Ukrayna savaşı

Ukrayna haqqında yazının müəllifi belə xatırlayır: Atam 1912-ci ildə Ukraynada anadan olub. Onun anadan olduğu Ujqorod şəhəri Avstrya-Macarıstanın tabeçiliyində olub. Atamın 10 yaşı olanda şəhərin sərhədləri şərqə doğru bir neçə kilometr dəyişib. Atam yeddi dildə (mari, rumın, slovak, polyak, ukrayna, rus və yediş) danışır. Mən atamın biliklərindən çox təsirlənmişəm. Əlbəttə ki, böyüyəndən sonra başa düşdüm ki, o hər dildən müəyyən qədər bilir. Atamın dünyaya gəldiyi şəhər hazırda Slovakiyaya aiddir. Bu şəhər Polşadan 50, Macarıstandan 30, Rumıniyadan 90 km. aralıdır. Atam yaşa dolandan sonra sərhədlərdə böyük dəyişiklik baş verib. Onun az da olsa bildiyi dillər çox lazım gəlib. O zaman heç kim gələcəklə bağlı proqnoz verə bilməzdi. Sərhədlər sürətlə dəyişirdi. Almaniya 1941-ci ildə Avropanı dəyişənə qədər atamın yaşayış yeri müxtəlif ölkələrin əhatəsində qalıb. Üç il sonra ruslar sərhədləri yenidən dəyişdi. Dünyanın heç bir ölkəsi Ukrayna kimi imperiyaların təziqi altında olmayıb. Bir zaman bu ölkə Stalinlə Hitler arasında ən mübahisəli nöqtə olub. Aclıq, qətliam Ukrayna tarixində yer alıb. 20-ci əsrdə heç bir Avropa ölkəsi Ukrayna qədər əzab çəkməyib. 1014-1945-ci illərdə Ukrayna cəhənnəm həyatı yaşayıb. "
Ukrayna yenə də təziqlər altındadır. Bu ölkə nəfəs almaq üçün pəncərə axtarır. Rusiya və Avropanın qarşıdurması Ukrayna üzərində köklənib. Hazırda Ukrayna müstəqildir və bu müstəqilliyi 18 ildir qazanıb. Ukrayna tarixində bu müstəqillik dövrünü ən uzun müstəqillik saymaq olar. Ölkə əhalisi bu müstəqilliyə çox həssasdır. İnsanlara elə gəlir ki, hökmən hansısa imperiyanın himayəsində yaşaya bilərlər. Qərb Ukraynanı özünə tərəf çəkir, ruslar Ukrayna üzərində nəzarəti əldə saxlamaq istəyir. Ukraynalılar azad olmaq istəsələr də quru azadlıqla razı deyillər. Ukraynalıların çoxu Avropaya meyillidir. Siyasətçilər isə ikili siyasət aparmağı, iki qüvvə arasında balanslaşmış siyasət yürütməyi münasib sayırlar. Ukrayna ruslar üçün də mühümdür. Rusiyanın milli təhlükəsizliyi Ukrayna ilə şərtlənib. Şotlandiya Britaniya, Texas ABŞ üçün necə əhəmiyyətlidirsə Ukrayna da Rusiya üçün əhəmiyyət daşıyır. Coğrafi şəraitdə Ukraynanın ərazi bütövlüyü üçün münasib deyil.
Strateji baxımdan Ukrayna Rusiyanın forpostu sayılır. Ukraynada ən böyük milli azlıq ruslardır. Ukraynanın şərqində dağlar Rusiya ilə həmsərhəddir. Dağlar məntəqəyə nüfuzu çətinləşdirsə də, mümkünsüz etmir. Ukrayna qərbin təsiri altına keçsə onun cənubu və Belarusiya Polşadan cənubadək 2000 km. uzunluqda Rusiyanın sərhəddi qarşısında dayanacaq.
Ukrayna Kreml üçün milli təhlükəsizlik məsələsidir. Qərb isə Rusiyanı məğlub etmək üçün Ukrayna üzərində nəzarətə can atır. Necə ki, almanlar ikinci dünya müharibəsində buna çalışırdılar. ABŞ və Qərb ölkələri Rusiya ilə hərbi qarşıdurmaya hazır deyil. Ukrayna bu ölkələr üçün o qədər də dəyərli sayılmır. Amma Moskva üçün Ukrayna həyati əhəmiyyət kəsb edir. 1941-ci ildə almanlar bütün Avropanı işğal etdi. Amma Hitler Rusiyada dolaşdı. Rəqibin planları Moskvaya aydın olmadığından ruslar Ukraynadan asanlıqla əl çəkməyəcək.
Daha mühüm nöqtə odur ki, ruslar Ukrayna vasitəsilə Qara Dənizə çıxır. Sevastopola nəzarət Rusiyaya böyük hərbi üstünlük verir. Avropaya enerji nəqlində əsas yollardan biri bu məntəqədən keçir. Rusiyanın enerji resursları ona Ukrayna və başqa ölkələr üzərində nəzarəti saxlamaq imkanı verir. Bu səbəbdən Moskva 2004-cü ildə Ukraynada narıncı inqilaba ciddi diqqət ayırırdı. Sovetlər Birliyi dağılandan sonra Ukraynada hakimiyyətə gələn dövlətlər Moskva ilə həmkarlıq edib. 2004-cü il seçkilərində Rusiya meyilli Yanukoviç qalib gəldi. Müxaliflərsə seçki saxtakarlığından danışdılar. Müxaliflər küçəyə axışdı və Yanukoviç istefa verməyə məcbur oldu. Hakimiyyət qərbpərəstlərin əlinə keçdi. Bu hadisəyə görə Moskva qərbi ittiham edirdi. İnqilabın CİA və Mİ-6 kəşfiyyat qurumları tərəfindən həyata keçirildiyi iddia olunurdu. Onlar qeyri-dövlət təşkilatları, siyasi partiyalara qrantlar verməklə onları ayağa qaldırdılar. ABŞ və Avropadan Ukraynaya pul axdığı kimsədə şübhə doğurmur. Putin Ukraynada gedişatı dəyişmək üçün altı il çalışdı. 2010-cu ildə Yanukoviç prezident seçildi. Ruslar təhlükənin ötüşdüyünü düşünürdü. Onların nəzərincə, İraq və Əfqanısdanda bataqlığa düşmüş ABŞ Ukraynaya diqqət ayıra bilməzdi. Almanlar 2008-ci il iqtisadi böhranından sonra Moskvaya yaxınlaşdılar. Rus oliqarxları ukraynalılarla əməkdaşlıq edib, seçkiyə nəzarəti ələ alırdılar. Ukraynada siyasilərin rus qanadı gücləndi və qərb bir növ ümidini itirdi. Avropa Birliyinin yaşadığı problemlər Ukraynaya diqqət ayırmağa imkan vermədi. Ukraynanı Avropa Birliyinin üzvü görmək istəsələr də bunu həyata keçirmək asan deyildi.
Bir çox ölkələrdə Avropa Birliyinə üzvülük məsələsi mübahisəli məsələlərdəndir. Aparıcı siyasətçilər və iqtisatçılar buna maraqlı görünsə də, aşağı təbəqə bu üzvülüyü səmərəsiz sayır. Ukraynada Avropa Birliyinə üzvülük məsələsinə regionların münasibəti fərqlidir. Ölkənin şərqi Rusiyaya, qərb hissənin üçdə biri qərbə meyillidir. Ölkənin mərkəzində də fərqli fikirlər var. Dil fərqləri də təsirsiz qalmayıb. Ukrayna dillilər qərbdə, rus dillilər şərqdə yaşayır. Bu fərq 2010-cu il seçkilərində özünü göstərdi. Yanukoviç ölkənin şərqində əksər səslərə sahib oldu. Qərbdə isə Timoşenko öndə gedirdi.
Nəzərdən keçirilən nöqtələrdən aydın olur ki, Ukrayna üçün balanslanmış siyasət münasibdir. Yanukoviç hazırda Avropa ilə Rusiya arasında balans yaratmağa çalışır. Ukrayna Avropa Birliyinə qoşulsa da, qoşulmasa da ölkə daxilində vəziyyət gərgindir. Ukrayna hazırda NATO-ya namizədlər sırasından çıxıb.
Kievdə tələbə gənclərlə aparılan söhbətlərdən aydın olur ki, onların üç məqsədi var: Ukraynanın müstəqilliyi, Avropa Birliyinə qoşulmaq, Ukraynadan mühacirət. Gənclik arasında ciddi parçalanma var. Hazırda qərbpərəstlər fəal görünür. Bəziləri öz həyatını, bəziləri Ukraynanı qurmaq barədə düşünür. Qərbpərəstlərin əksəri Ukraynanın qərbində yaşayanlardır. Şərqdə isə sənaye mərkəzləri yerləşib. Onlar ölkəni tərk etmək istəmir, çünki məşğuliyyətləri var. Onların istehsal etdiyini Rusiya alır. Şərq hissədə yaşayanlar qorxur ki, Avropa istehsalı milli istehsalı səhnədən çıxarsın. Ukraynanın şərqində yaşayanlar Stalin repressiyalarını unutmayıb. Onlar Brejnev hökumətini də yaxşı xatırlayır. Bu insanlarda Rusiyaya qarşı nostalji müşahidə olunur.
Hadisələrə oliqarxların da təsiri böyükdür. Onlar ölkənin mühərriki sayılır. Ukraynanı Rusiyaya bağlayan da oliqarxlardır. Onlar Rusiyaya çox bağlıdırlar. Onlara imperiyaya qayıtmaq yox, Rusiya ilə münasibətləri qorumaq istəyirlər. Moskvanın isə əsas məqsədi rəqiblərin bu ölkəyə sahib olmamasıdır. Onlar Ukraynanın müstəqilliyini əlindən almaq fikrində deyil. Nə qədər ki, qaz boruları bu ölkədən keçir, Moskvaya qarşı təhlükə yoxdur, ruslar Ukraynanın müstəqilliyinə qarşı çıxmayacaq. Bununla yanaşı kiminsə Ukraynaya sahib olması Moskva üçün dözülməzdir.
Nur-az.com