Ayətullah Xamenei inqilabın başlanğıcında Sədabad stadionuna Təxtinin adını verdi

Müqəddəs Məşhəd şəhərinin stadionu İslam İnqilabından qabaq Sədabad adlanıb. İnqilabi mübarizənin pik həddinə çatdığı bir vaxtda (şəmsi 1357) stadionda böyük izdiham toplanmışdı. Ayətullah Xamenei çıxış etməli idi. Cənab Rəhbər söhbət gedişində stadionu “Cahanpəhləvan Təxti stadionu” adlandırdı. Xalq Ayətullah Xameneinin bu addımını təkbirlə, salavatla qarşıladı. Cənab Rəhbər öz çıxışında buyurur: Bu stadionda bu zamana qədər belə bir mənəviyyatlı cəmiyyət toplanmayıb. Bu günə qədər bu məkanda xalqın sevimli qəhrəmanının bir şəkli də gözə dəyməyib. Bu çox üzücüdür. Onun adını da çəkmək mümkün olmayıb. Çünki o bu gün bizim keçirdiyimiz hissləri 12-13 il əvvəl yaşayıb. Təklif edirəm ki, bu satdion pəhləvan Qulamriza Təxti stadionu adlandırılsın...
***
Qulamrza Təxti 1930-cu il, 27 avqustda Tehranını cənubunda Xanıabad məhəlləsində anadan olub. 1950-ci ildə ölkə çempionu adını qazanıb. 1968-ci il, 7 yanvarda Tehranın Atlantik otelində cənazəsi tapılıb. İran xalqı arasında böyük hörmət qazanmış Təxtinin ölümündə Pəhləvi rejimi şübhəli sayılır. Təxti şahı sevməyib və buna görə SAVAK tərəfindən təqib edilib, hətta yarışlara buraxılmayıb. 1956-cı ildə Melburn Olimpiadasında qızıl medal alıb. Başqa çoxsaylı qələbələri də var.
Vilayet.nuraz.in