12 Fevral 2016
Ustad Mühəddisi: Zülmdən danışanda zalım qorxur
Ustad Cavad Mühəddisi inqilab günlərini xatırlayır

İnqilabdan əvvəl İmam Xomeyninin (r) tövsiyələri əsasında cəmiyyətin maarifləndirilməsi ilə məşğul idik. Mən dini tələbə olaraq minbərə gedir, xalqı oyadacaq söhbətlər edirdim. Həbsə alınmağım da söhbətlərə görə olub.
İnqilabdan on il qabaq ictimai-siyasi şeirlər yazırdım. Müxtəlif mövzularda, Fələstin xalqının azadlıq mübarizəsi haqqında yazırdım. Gənclər bu şeirləri müxtəlif məclislərdə oxuyurdular.
Əsas iş məhərrəm, ramazan aylarında dəvət olunduğumuz məclislərdə söhbət idi. Söhbətlərimizə siyasi rəng qatır, mübarizə hissini oyadırdıq. SAVAK da buna görə təqib edirdi.
Həqqani mədrəsəsində doktor Behiştinin düşüncələrindən bəhrələnirdik. SAVAK da məhz bu mədrəsəni ciddi nəzarətə götürmüşdü.
Birinci dəfə Ərdəbildə inqilabçı tələbələrlə qrup şəklində həbs olunduq. İkinci dəfə inqilabdan bir il qabaq həbs edildim. Söhbət arası 19 dey şəhidlərinə rövzə oxuyurduq. Gülpayiqan, Ramsərdə söhbətlərim olurdu. Əhli-Beytin siyasi mübarizəsindən danışırdım. Gülpayiqanda təbliğin 3-cü günü həbs etdilər. Dedilər ki, Müaviyədən, Yeziddən danışmayın, xalqı qızışdırırsız, insanlar yolunu azır!! Bəli, zülmdən danışanda zalım qorxur, söhbəti kəsmək istəyir.
Məni İsfahana göndərdilər. Hərbi məhkəmə iki il azadlıqdan məhrum etdi. Həbsxanada inrqilabi şeirlər yazırdım. İngilis dili öyərənmək bəhanəsi ilə latın əlifbası ilə yazırdım ki, nəzarətçilər hiss etmsin. Həbsxanadakılar şeirləri əzbərləyir, azadlığa çıxanda xalq arasında yayırdılar... (Hövzə informasiya mərkəzi)
Vilayet.info