12 Mart 2016
Mərhum Ayətullah Hacı şeyx Məhəmməd Təqi Amilidən bir xatirə
Sənin istəyin kipriklə dağ yarmaq kimidir

Bu yolu adlamaq bir neçə şəxs tərəfindən daim aşağı çəkilən halda dağa çıxmağa bənzəyir. Yüksəklərə qalxmaq üçün dözümlü olub özünü bu şəxslərin əlindən xilas etməlisən. Bu şəxslər bizi daim Allahdan uzaqlaşdıran şeytanlardır. Onlar bir çox hallarda müxtəlif formalarda peyda olurlar. Məsələn, bəzən elm və zöhd qiyafəsində zahir olub insanı azdıra bilərlər. Bu halda insan süquta getdiyindən xəbərsiz qalır və əksinə hansısa alimə itaət edib deyə xoşhal olur.