14 Mart 2016
Bütün işlərdə Allahı xatırlamaq nə üçündür?
“Rəbbinin adı ilə oxu.”

Hər hansı bir zavodun və ya fabrikin məhsullarına baxsanız, hər birində uyğun müəssisənin ştampını görərsiniz. Bütün başçıların stolunun üstündə, gəmilərdə və təyyarələrdə ölkənin bayrağı olmalıdır. Bəs Allaha inamlı insan bütün işlərdə onun təsirli olduğunu bildiyi halda onu xatırlamaya bilərmi?! Həzrət İbrahim (ə) buyurur: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür.” (“Ənam”, 162.)
İslam Peyğəmbərinə buyurulur: “Rəbbinin adı ilə oxu.” (“Ələq”, 1.); “Elə ki, azad oldun, qalx dua et; və ancaq Rəbbinə yalvar.” (“İnşirah”, 7, 8.)