Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2014

Sünnə əhli fiqhi vilayəti-fəqihi qəbul edirmi?

Vilayəti-fəqiq əhli sünnə nəzərində necədir? Onlar da vilayəti-fəqihə inanırlarmı?

Çox məşhurdur ki, əhli sünnə hər hakimin hakimiyyətini qəbul edib. Amma onların bəzi fiqhi və kəlami kitabları bunun əksini göstərir. Əhli sünnə mənbəyinə əsasən, cəmiyyətin rəhbərliyini o kəs üzərinə götürməlidir ki, ayrılarından elmi və fiqhi cəhətdən savadlı olsun.
Əhli sünnənin böyük natiqlərindən olan Təftazani rəhbərlik məqamına, ədalətli olanı, azad olanı, kişi olanı, ictihad edəni, şücaətli olanı, tədbirli olanı, fəsahətli və qüreyşli olanların bu məqama yiyələnə bilməsini bildirir.

Eləcə də Marudi, əhli sünnədən olan başqa bir alim, rəhbərlik məqamına 7 şərti önə çəkir:

1.Ədalətli olması;
2.İctihada çatması;
3.Huşunun sağlam olması;
4.Bədən əzalarının sağlam olması;
5.Tədbirli olması;
6.Şücaətli olması;
7.Qüreyşli olması.

Qazi Baqlani də kitablarında, qüreyşli olanı, ictihada çatanı, nəzər sahibini rəhbərlik məqamına laiyqli bilir.

Əbdürrəhman Cəzri də bu barədə yazıb.

Əhli sünnə alimlərinin hamılıqla nəzərləri budur ki, müsəlmanlara rəhbərlik vacibdir. Bu məqama yiyələnən şəxs dini təlimləri yerinə yetirməli, məzlumların haqqını zalımlardan almalıdır. İslam hakiminin bu xüsusiyyətlərə malik olmasını hamılıqla qəbul edirlər.
Beləliklə əhli sünnə alimlərinin hamılıqla qəbul etdikləri xüsusiyyətləri bir daha qeyd edirik:

1.Müsəlman ola;
2.Həddi büluğa çata;
3.Azad ola;
4.Kişi ola;
5.Qüreyşli ola;
6.Bilikli və müctəhid ola ki, insanları dini məsələlərdə agah edə və ayrılarının istiftaatına ehtiyacı olmaya.

Bəyan olunan mətləblərdən aydın olur ki, əhli sünnə nəzərində fəqihlik, ictihad və rəhbərlik İslam hakiminə aid olan şərtlərdəndir. Həmçinin, İslam hakimi müstəqil, azad şəkildə İslam hökmlərini yerinə yetirə və heç kimə ehtiyacı olmaya. Əks halda hakim nüfuz və qüdrətini əldən vermiş olur.

Aydındır ki, İslam hakiminin əhli sünnə mənbələrində göstərilən xüsusiyyətləri vilayəti fəqihlə eynidir və onların arasında fərq yoxdur. Elə bu səbəbdən şiələrin etiqadına görə Məsum İmamların (ə) qeybət dövründə İslam hakimi, rəhbərlik şəraitinə uyğun olan fəqihlər və müctəhidlərdən seçilməlidir.
Hərçənd əhli sünnə, əməldə vilayəti fəqih hökuməti təşkil etməyib.

Dilimizə çevirdi: R. Hüseynzadə

Nur-az.com


6403 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP