Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2014

Ruhlarla əlaqə saxlamaq olurmu?

Ruhlarla əlaqə həm mütaliə istəyən, həm də araşdırılası bir məsələdir. Əlbəttə, məxsus şəxslərin ruhlarla aləqəsini bir həqiqət kimi qəbul etməliyik. Amma bu barədə sui-istifadələri də nəzərdən qaçırmamalıyıq. Sadəlövh insanları mizi fırlatmaq, ya fincanla, ya da bir kağız parçası ilə ruhlarla əlaqə saxladıqlarını deyərək aldadanlar da var.
Ruhla əlaqə hipnotizmə aiddir və elmdə sabit olub. Bu haqda çoxlu nümunələr də var. Məsələn, maqnetik  yuxu (yatızdırmaq) ilə ruhu öz ixtiyarına alır bu şəhərdən o şəhərə göndərir və ondan məlumatlar əldə edirlər. (Məkarim Şirazi, Ölümdən sonra məad və dünya, səh. 275-284).
Eləcə də ruhlarla əlaqə on illər bundan qabaq Avropada “ruh çağırma” şəklində yayılmışdır və bu aldatmaqdan başqa bir şey deyil. Amma reallıqda ruhlarla əlaqənin həqiqəti var və dini mətnlərdə bunun sübut və dəlilləri isbat olub.
Dini mətnlərə əsasən ruhlarla əlaqə saxlamaq məhal deyil. Lakin elə də deyil ki, hər kəs bu işi bacara. Eləcə də, bu iş məxsus şərait və çox çətinliklər tələb edir. Yalnız məxsus insanlar bu cür işləri bacara bilər. Minlərlə bu işə iddialı olanlar arasından çox çətin ola ki, kimsə öz işinə sadiq ola. Bu işə iddialı olanlar sadəlövh və tezinanan insanları mizi fırlatmaqla, stakanla, kağız vasitəsilə ruhlarla əlaqə saxladıqlarını deyirlər. Fırıldaqçıların aldadıcı fəaliyyətləri bir sıra qərb alimlərinə, eləcə də bəzi din və İslam alimlərinə sabit olub ki, onların ruhlar haqda iddiaları həqiqəti əks etdirmir.
1875-ci ildə SanktPeterburq institutunun fizika alimləri bir heyəti ruhlarla əlaqə haqda mütaliə etməyi və təhqiqat aparmalarını tapşırırlar. Təhqiqat qrupu çoxlu mütaliə və təhqiqatlardan sonra elan ediblər ki, ruhlarla əlaqə fikirləşməmiş hərəkət, ya səhv yerdəyişmə olur və deyilənlər iddiadan başqa bir şey deyil.
Mərhum Məhəmmədtəqi Fəlsəfi deyir: Mən ruhlarla əlaqədə olanların məclisində idim. Orada olanlar bir-bir ruhlarla əlaqə saxlayanın yanına gedib deyirdilər: Filankəsin ruhunu çağır, sonra yazılı kağızı mizin dəliyinə qoyub fırladır və bir neçə dəqiqədən sonra mizin o biri başından çıxırdı. Orada yazılırdı ki, məsələn sənin əminin ruhu gəlib, sənə salam deyir və halını soruşur.
Mərhum Fəlsəfi deyir: Mən orda olanların heç biri ilə razılaşmırdım. Özümdə ruhlar haqda əmələ gələn sualı fikirləşirdim ki, mənim növbəm çatdı. Dedim: Məşhur şair, həkim Əbulqasim Firdovsinin ruhunu mənim üçün çağır. Ruhlarla əlaqə saxlayan bir yazılı kağızı yenə mizin dəliyinə qoydu və 5 dəqiqə fırladandan sonra oradan bir kağız çıxdı ki, yazılmışdı cənab Məhəmmədtəqi Fəlsəfi, həkim Əbulqasim Firdovsinin ruhu burdadır və sizə salam deyir. Dedim: Mən həkimin dediyi ilə qane olmadım. Həkimin ruhundan sual soruşmaq istədiyimi ona dedim. Ruhlarla əlaqə saxlayan dedi: Sizin vaxtınız qurtardı. Yenidən növbə almalısınız. Yenə növbə mənə çatanda kağıza yazı yazıb ona verib dedim: Bunu verin həkim Əbulqasim Firdovsinin ruhuna deyin ki, mənim yazımı Şahanə kimi nəzmə çəksin. Əlbəttə bilirdim ki, ruhlarla əlaqə saxlayan bu yazını Firdovsi kimi nəzmə çəkə bilməyəcək. Kağızı mizin dəliyinə qoyub fırlatdı və 10 dəqiqədən sonra narahat halda kağızı mizdən çıxardı. Kağızda yazılmışdı: Cənab Fəlsəfi, həkim Əbulqasim Firdovsinin ruhu bu sualdan narahat oldu və küsüb  getdi.
Bucür hadisələrdən başa düşmək olur ki, bu növ ruhlarla əlaqə saxlamaq şeytani və sadəlövh insanları aldatmaqdan ayrı bir iş deyil.
Ayətullah Məkarim Şirazi “Ruhların qayıdışı” adlı kitabında ruhlarla əlaqə saxlayan şeytanlar haqda geniş bəhs edib. Həmçinin o da əsl məsələnin yəni ruhlarla əlaqə saxlamağın bir həqiqət olduğunu qəbul edir. Lakin adı qeyd olunan kitabda bu işlə bağlı olan sui-istifadələrə işarə edib.
Ayətullah Cavad Amuli bu haqda deyir: Bəziləri deyirlər: Cinlərlə, mələklərlə, möminlərin ruhları və ya canlıların ruhları ilə əlaqə saxlayırıq. Hətta özləri üçün bunun isbat yolu yoxdur. Amma mümkündür yuxarıda qeyd etdiklərimizlə kimsə əlaqə saxlaya bilsin. Lakin bunun isbatı elə də asan deyil.
Hər dəlilə görə bir şəxs ruhlarla əlaqə saxladığını iddia etsə, isbat etməyə dəlili yoxdur. (Quran mövzularının təfsiri, Cavad Amuli, c.1, səh. 12-119).
Bu mövzuda maraqlanmaq istəyənlər Ayətullah Məkarim Şirazinin “Ruhların qayıdışı”, “Ruhlarla əlaqə”, Ayətullah Cəfər Sübhaninin “Cin və şeytan” və Təfsiri nümunə, Əl-Mizanda gətirilmiş, Qurani-Kərimin İsra surəsinin 85-ci ayəsinə müraciət edə bilərlər.

Dilimizə çevirdi: R. Hüseynov
Nur-az.com


6489 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP