18 Fevral 2014

Geniş ev

Bir gün İmam Sadiq (ə) səhabələrindən birinin evinə daxil olur. O şəxs imkansızlıq üzündən ailə və uşaqları ilə birlikdə kiçik bir evdə yaşayırdı. Mənim gəlişimlə onun ailə üzvləri çox zəhmətə düşdülər.
Həzrət (ə) buyurdu: “Niyə burada yaşayırsınız? Sən ailənin çox olmasına görə edə bilərsən ki, evini bir az genişləndirəsən.”
Ərz etdi: “Ya İmam, bu mənim atamın evidir. Mən burada dünyaya gəlmişəm, atam və babam da bu evdə dünyaya gəlib, burada yaşayıblar. İstəmirəm atamın evindən gedim.”
İmam Sadiq (ə) buyurdu: “Fərz et ki, atan və babanın şüuru olmayıb, sən də istəyirsən onların şüursuzluğuna dözüb bu balaca evdə yaşayasan? Arvad-uşaqlarını götür və bu evdən gedin.”
Mən bu evdə doğulmuşam, bura adət etmişəm, atam və babam burada dünyaya gəlib, bunların hamısı hədərə şeydir.
İslam göstərişlərindən biri də dünya səadətlərindən sayılan, “geniş evdə yaşayın”dır. Əgər kiminsə belə evdə yaşamaq imkanı olsa, lakin yaşamasa, bilin ki, ailə uşaqlarına zülm etmiş olur. Lakin bunu bilmək lazımdır ki, geniş ev cah-cəlalın genişlənməsi ilə fərq edir. Sadə genişlik ayrı bir şeydir, dəbdəbəli genişlik ayrı.
İslam baxımından birinci bəyənilən, ikinci isə məzəmmət edilir.

Dilimizə çevirdi: R. Hüseynov
Nur-az.com



5247 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP