22 Fevral 2014
İmam Zamanla (əc) görüş

Mirza Qummi deyir: Sonralar Seyid Bəhrulülumun elmdə ali dərəcəyə çatdığını eşidəndə təəccübləndim ki, necə olub bu məqama çatıb. Bir gün Nəcəfə ziyarətə getdim və orada Seyidlə də görüşdüm. Şöhrətli alim Mirza Qummi deyir: Mən, Bəhrulülumu elm dəryasına qərq olduğunu gördüm. Sonra ondan soruşdum: Biz elmdə eyni idik, sən ki, elmdə bu həddə deyildin? Necə oldu ki, bu qədər elmə malik oldun?
Seyid mənə baxıb dedi: Mirza bu bir sirrdir, amma sənə bir şərtlə deyəcəyəm. Nə qədər ki, həyatdayam bu sirri heç kimə açmayasan! Əllamə Bəhrulülum sözünü davamında buyurdu: “Axı necə bu cür olmayım, halbu ki ağam həzrət Mehdi (ə) bir gecə Kufə məscidində məni ağuşuna alıb!
Dilimizə çevirdi: R. Hüseynov
Nur-az.com