24 Fevral 2014

Təkəbbür yarada biləcək amillər

İnsanı özünə məşğul edən qorxulu və pis sifətlərdən biri təkəbbürdür. Təkəbbür həddən artıq zəhərli və zərərli sayılır.
Təkəbbürün lüğət mənası “özünü böyük hesab etmək”dir. Təkəbbür, özünü böyük görmək sifəti kimi də tanınır.
Təkəbbür xoşa gəlməyən əxlaqa səbəb olur və insanı yaxşı əməldən çəkindirir.
Eləcə də Qurani-Kərimdə bəyənilməyən sifət kimi qeyd olunur. Bəzi ayələrdə “təkəbbürlü” kələməsi kimi işlədilib. Belə ki, bəzi ayələrdə duzəxi təkəbbürlülərin yeri kimi göstərilir.
Qurani-Kərimin bəzi ayələrində “mustəkbir” və “istikbar” kələmələri də təkəbbür mənasında işlədilib.
Eləcə də insanın ilk yaranışından ilahi peyğəmbərlərin hekayələrində bu rəzil sifətə rast gəlmək olur. Bir çox əxlaq alimlərinin etiqadına görə, təkəbbür bütün pisliklərin, alçaqlıqların və bədbəxtliklərin anasıdır.
Təkəbbür haqda dastan dedikdə, şeytanın Adəmə (ə) səcdə etməməsi dastanını göstərmək olar.
Bir çox hədis mənbələrində təkəbbür məzəmmət olunub.
Təkəbbürün bölmələri var. Təkəbbürü üç hissəyə bölə bilərik:

1.Allah qarşısında təkəbbür - Firon və Nəmrudun təkəbbürü kimi;
2.Peyğəmbər və ilahi övliyalar qarşısında təkəbbür – Kafirlər kimi;
3.Allah bəndələrinin qarşısında.

Ayrı bir bölmədə “təkəbbür” iki qismə bölünüb:

1.Mədh olunan və bəyənilən – Bu, Allah barəsində işlədilir. Allahın zatına məxsus olan böyüklük və əzəmət.
2.Nöqsanlı və məzəmmət olunan – Allahdan qeyrisinə şamil olur.

Eləcə də təkəbbürün digər dərəcələri bunlardan ibarətdir:

1.Eyni vaxtda ürək, dil və əməldə təkəbbür;
2.Qəlb və əməllə birlikdə olan təkəbbür;
3.Qəlb təkəbbürü.

Sonda bir daha insanda təkəbbür yarada biləcək amillərə işarə edək:

1.Elm;
2.Yaxşı əməl və ibadət;
3.Əsil-nəsəbli olmaq;
4.Zahiri gözəllik;
5.Çoxlu var-dövlət;
6.Fiziki gücün həddən çox olması;
7.Çoxlu övlad, qohum-əqraba, dost və şagirdlərin olması;
8.Düz yoldan sapma;
9.Cəhalət və sərsəmlik.


Dilimizə çevirdi: R. Hüseynov
Nur-az.com




5504 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP