Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2016

Əllamə Həsənzadə Amulidən dəstur-əməl

"Vaqiə" surəsini oxuyun ki, elmdə qəni və zəngin olasınız...
Bir gün tələbələrdən biri Ustad Həsənzadə Amulidən israrla və acizanə xahiş etdi: "Ustad, inayət edin bir zikr, dua, ya göstəriş buyurun. Bəlkə bu ruhi giriftarlıqdan qurtuldum. Ruhum çox tutulub və sıxıntıdayam".
Başını aşağı salıb, mənalı sükutda və mələlkuti müraqibə halında olan Ustad başını qaldırıb dedi: "Ağacan! Mən də giriftaram. Mən səndən də çox giriftaram!"
Ustad bir az fikirləşdikdən sonra dedi: "İki məsələni sizə deyirəm. Əmin olun ki, təsiri vardır. Bu şərtlə ki, azından 40 gün bunu davam edəsiniz.
1. "Ya həyyu, ya qəyyum. Ya mən la ilahə illa ənt". Bu zikr barədə deyiblər ki, bunu çox təkralamaq ağlın həyatına (dirçəlməsinə) və artmasına səbəb olur. Həm də sınaqdan çıxmış bir zikrdir.
2. "Vaqiə" surəsini oxuyun ki, elmdə qəni və zəngin olasınız, eləcə də başqa şeylərdə. İbn Məsud deyir: Peyğəmbərdən eşitmişəm ki, buyurdu: "Kim Vaqiə surəsini hər gecə oxusa, heç vaxt möhtac olmaz".

Qaynaq: "Sirati-süluk", səh.104.


4361 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP