Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyul 2016

Əllamə Həsənzadə Amuli: Çox şirin yuxu idi

Şam yeməyi ilə yatmaq arasında fasilə vermək lazımdır
Şeyxur-rəisin (İbn Sina) tövsiyələrində gəlmişdir ki, gözün zəifləməsinə səbəb olacaq amillərdən biri də tox qarınla yatmaqdır. Ona görə də şam yeməyi ilə yatmaq arasında fasilə vermək lazımdır.
Bu tövsiyəyə əməl etmək üçün həmişə şam yeməyini axşamın əvvəlində meyl edirdim (yaxud imkan daxilində axşam yeməyini yeməməyə çalışırdım) ki, Şeyxin nəzərdə tutduğu fasiləyə riayət etmiş olum. Bununla da elm kəsb etməkdə və kamal yolunu getməkdə ən önəmli sərmayələrdən biri olan gözümə zərər dəyməsin. Bu məsələyə çox diqqət etməyimə baxmayaraq axşamların birində (h.q 29/5/1405-20/2/1985) şam yeməyim gecikdi və təəssüflər olsun ki, yeməkdən sonra mənə güclü yuxu gəldi. Şeyxin tövsiyəsinə əməl etmək üçün ayağa qalxıb, gəzməyə başladım. Gecə saat on ikiyə kimi oyaq idim. Amma güclü yuxu mənə aman vermədiyi üçün yatdım...
Çox şirin yuxu idi. Bu şirin röyada həzrət Saminul-höcəc Əliyyibni Musar-Rzanın (ə) hüzuruna müşərrəf oldum. Əvvəl anlatmaq işarəsi ilə buyurdu: “Nə üçün özünü bizə az göstərirsən?” Sonra aşkar ibarətlə mənə buyurdu: “Bu qədər özünə zəhmət vermə. Biz sənin gözünü ömrünün sonuna kimi zəmanət edirik...”.
Əlhəmdulillah, Zamin ləqəbi ilə tanınmış o Vəliyullahi-əzəmin (ə) müjdəsindən sonra məndə əminlik yarandı ki, ömrümün sonuna kimi gözlərim görəcək. Çünki bunun zamini çox mötəbərdir. Necə ki, o həzrətin digər lütfləri də mənə şamil olub və olur.
Amma İmamın (ə) işarə ilə mənə: “Nə üçün özünü bizə az göstərirsən?” buyurmasının səbəbi bu ola bilər ki, həmin günlərdə dərs, bəhs, yazı, təshih və s. məşğələlərin çoxluğu üzündən bir müddət o Həzrətin (ə) bacısı xanım Fatimeyi-Məsumənin (s.ə) ziyarətinə nail ola bilmirdim.

Qaynaq: “Fəzayil və sireyi Çəhardəh Məsum (ə) dər asari Əllamə Həsənzadə Amuli”.
Hazırladı: Seyid Zahir


4690 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP