20 İyul 2016
Zalım hakimlər qarşısında qorxu və biçarəlik
"Sizlərdən hansı biriniz zalım hakimdən çox qorxarsa, bilsin ki, bunun səbəbi onun günahıdır"

Yunis ibn Yaqub İmam Sadiqin (ə) dilindən belə nəql edir: “Sizlərdən hansı biriniz zalım hakimdən çox qorxarsa, bilsin ki, bunun səbəbi onun günahıdır. Bacardıqca günahdan uzaqlaşsın və onu davam etdirməsin (bu yolla zalım hakimin boyunduruğundan azad olar).” (Bihar, 73-cü cild, səh.342.)
Bir sözlə, günahın böyük fəsadları var və onlardan biri də təslimçiliyə vərdişdir. Allah-təala buyurur: “İnsanların günahı səbəbindən səhra və dəryada fəsad yaranmışdır.” İmam Sadiq (ə) uyğun ayənin izahında buyurur: “Dəniz heyvanları yağış suyunun bərəkəti ilə yaşayır. Yağış azaldıqda dənizdə və səhrada fəsad yaranır. Bunun səbəbi isə insanların günaha çox yol verməsidir.” (Bihar, 73-cü cild, səh.341.)