Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2014

Namazda necə diqqətli olaq?

Ayətullah Vəhid namazda diqqət barədə soruşulan sualı səkkiz hissəyə bölərək cavablandırıb.
Sualın mətni aşağıdakı kimidir:
Sual: Necə edək ki, namazda fikrimiz dağılmasın, diqqətmiz Allah-Taalaya yönəlsin?
Cavab: Qəlbin namazda hüzuru haqda aşağıdakılara diqqət etmək lazımdır:

1.Dəstəmazı qəlbin hüzuru ilə yerinə yetirmək lazımdır. İmam Rizadan (ə) rəvayət olub ki, dəstəmaz qəlbin paklığıdır. (Vəsuilüş-şiə, 367/1).

2.Namazın əzəmətinə və namaz haqda gələn rəvayətlərə diqqətli olun.

3.Namazı elə qılın ki, fərz edin bir daha namaz qıla bilməyəcəksiniz.

4.Üzü qibləyə dayandığınız vaxt, dünya və onda məşğul olduğunuz bütün işləri unudun və qəlbinizi onlardan boşaldın.

5.Namazın mənasına diqqət edin, tələsmədən və aram qılın.

6.Bunu bilin ki, namaza başlayan zamandan, qurtarana kimi üzü Allah-Taalaya tərəf dayanmısan və Allah sənə nəzər edir. Allah-Taala buyurur: Ey namaz qılan, əgər bilsəydin ki, kim sənə nəzər edir, kiminlə minacat edirsən heç vaxt Ondan üz çevirməzsən və heç vaxt yerindən qalxmazsan. (Vəsailüş-şiə).

7.Bunu bilin ki, namaz qılarkən başınızın üstündə Allah rəhməti kölgə salar, ilahi mələklər səmada ətrafınızda olarlar. (Vəsailüş-şiə).

8.Namazda məkruh olan şeylər etməyin, namazı fəzilətli edən şeylər edin. Məsələn, barmağınıza əqiq üzük taxın, gözəl libaslar geyinin, ətirlənin və dişlərinizi yuyun.


Dilimizə çevirdi: R. Hüseynov
Nur-az.com



6031 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP