Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Avqust 2016

İnsanlardan olan şeytandan qorx!

Ayətullah Behcət öz başına gələnləri “bir ağa”nın adından danışardı
“Mən” insanın düşmənidir. İnsanın böyüklüyü onun xidmətlərinin böyüklüyündə yox, özünü kiçik görməsindədir. Kəramət sahibi mərhum Behcət heç zaman “mən” sözünü işlətmədi. Ömür boyu başına gələnləri, öz kəramətlərini “bir ağa”nın adından danışdı...
Höccətülislam Ruhi deyir:
Əksəriyyət bilirdi ki, mərhum Behcətin “bir ağa”nın adından danışdıqları öz başına gələnlərdir. Bir söhbətində cinlərdən, onların zərərsiz olmasından danışırdı. Buyurdu: Bir ağa azyaşlı uşağın cindən çox qorxduğunu görüb onu sakitləşdirmək üçün cinlərdən danışdı. Buyurdu ki, cinlərin imanlı insanlarla işi yoxdur. Mən Kərbəlada əmimin evində olanda bir otağa heç kim daxil olmurdu, deyirdilər orada cin olur. Qərara gəldim ki, otaxa daxil olum. Otağa daxil olub istirahət üçün bir guşədə uzandım. Gecə yarı ayaq səsi eşitdim. Kimsə pəncərəyə yaxınlaşırdı. Uzanıb pəncərədən içəri baxdı. Geri dönüb dedi: Gedək, Allahın ordusundandır! Bu söhbətdən sonra uşağın eyni açıldı, hətta cinə qarşı bir xoş münasibət də müşahidə etdim...

Vilayet.info


5745 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP