14 Mart 2014
Sileyi-rəhim!

Beləliklə, bu hədisdən sileyi-rəhmin nə qədər mühüm olduğunu başa düşürük.
Ayrı hədisdə bir şəxs İmam Sadiqə (ə) ərz edir: “Bir əmim oğlu var, hər nə qədər ona yaxınlaşıram, lakin o məndən qaçır. Mən də qərara gəlmişəm ki, onunla rabitəni bir dəfəlik kəsim. İmam Sadiq (ə) buyurdu: “Əgər sən onunla rabitəni kəsməsən, Allah-Taala sizin aranızda əlaqə yaradacaq, yox əgər əksinə olarsa Allah hər ikinizlə rabtinə kəsər.” (Kafi, 23/2).
Allahın salamı möminlə görüşə gedənlərə olsun!
Allahın Rəsulu (s) Cəbraildən (ə) nəql edir: “Allah-Taala mələyi (insan şəklində) yerə göndərir. O mələk yer üzündə gəzib dolaşmağa başlayır. Nəyaət bir evin qapısına çatır və görür ki, bir nəfər qapının arxasında dayanıb ev yiyəsindən içəri girmək üçün icazə istəyir. Mələk ona dedi: “Buraya niyə gəlmisən? Bu evin sahibinə nə ehtiyacın var?”
O dedi: “Bir ehtiyacım yoxdur, evin yiyəsi mömin qardaşımdır, Allaha xatir ona baş çəkməyə gəlmişəm.”
Mələk dedi: “Həqiqətən də sən mömin qardaşını ziyarət etmək üçün gəlmisən?”
O dedi: “Bəli, yalnız baş çəkmək və görmək üçün gəlmişəm.”
Mələk dedi: “Mən Allahın sənə tərəf göndərdiyiyəm. Allah-Taala sənə salam göndərib buyurur: “Behişt sənin üçün vacib oldu.”
Mələk dedi: Allah-Taala buyurub: “Hər müsəlman mömin qardaşı ilə görüşsə, təkcə onu ziyarət etmiş olmur, sanki Məni ziyarət edib və ona hədiyyə olaraq behişt Mənim öhdəmə olacaq.” (Kafi, 167/2).
Dilimizə çevirdi: R. Hüseynov
Nur-az.com