Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2016

Əhli-beyt (ə) haqqında dəyərli bir hədis

“Peyğəmbərin (s) haqqı böyükdür, yoxsa ata-ananın?”
Bir gün Əmirəlmöminin Əli (ə) Ənsar və mühacirlərdən ibarət toplumun arasında Peyğəmbərin (s) belə bir buyuruğunu bəyan etdi: “Allah buyurur: “Mən Rəhmanam və bunun kökü rəhmdir. Rəhmə yaxın olana yaxınam, rəhmdən uzaq olana uzağam.” Bu buyuruğa əsasən Allah-təala yalnız rəhmi ötürənlə rabitədə olacaq. Yaxınlarla əlaqəni kəsənlə Allah da əlaqəni kəsəcək. Bilirsinizmi rəhm nədir?” Oradakılar dedilər: “Rəhm dedikdə qohumlarımız nəzərdə tutulur.” Həzrət buyurdu: “Əgər qohumlarınız kafir olsa necə? Dedilər: “Əlbəttə ki, uyğun hökm bu qəbil qohumlara aid deyil. Sileyi-rəhm dedikdə Allah mömin qohumları nəzərdə tutur.” Həzrət buyurdu: “Mömin qohumlarla yaxınlığı vacib edən nədir? Bəlkə bunun səbəbi bir bətndən doğulmağınızdır?” Dedilər: “Bəli.” Həzrət buyurdu: “Ata-analarınız sizin üçün nə iş görüblər ki, onlarla yaxınlıq vacib olub?” Dedilər: “Özünüz buyurun.” Həzrət buyurdu: “Onlar sizə münasibətdə iki iş görüblər: Sizi qidalandırıblar və təhlükədən qoruyublar. Bu iki iş də bir o qədər davamlı deyil. Çünki onların qidalandırması da, qoruması da müvəqqətidir.” Sonra həzrət soruşdu ki, peyğəmbər sizin üçün nə edib? O sizi öz hidayəti ilə behişt nemətlərinə çatdırmayıbmı?! Məgər sizi əbədi əzabdan qurtaran o deyilmi?!” Hamı bir ağızdan dedi: “Bəli.” Həzrət buyurdu: “İndi mənim sualıma cavab verin: “Peyğəmbərin (s) haqqı böyükdür, yoxsa ata-ananın?” Dedilər: “Ya Əli! Peyğəmbərin vücud neməti bizim üçün daha böyükdür. Peyğəmbər heç vaxt ata-analarımızla müqayisə olunmaz.” Həzrət buyurdu: “Doğrudurmu ki, İslam Peyğəmbəri (s) sizi ata-anaya yaxşılığa çağırır, amma haqqı daha böyük olan şəxs haqqında bir söz demir? Nəticə budur ki, peyğəmbərin haqqı ata-ananın haqqından böyükdür. Onun rəhm haqqı da ata-ananın rəhm haqqından üstündür.” Həzrət sözünə belə davam edir: “Vay olsun o kəsin halına ki, Əhli-beytlə (ə) rabitəni kəsib. Vay olsun o kəsə ki, Əhli-beytin (ə) hörmətini gözləməyib!” Sonra həzrət xalqa üz tutub buyurdu: “Bilirsinizmi Peyğəmbər (s) ailəsinə ehtiram Peyğəmbərə (s) ehtiramdır, Peyğəmbərə (s) ehtiram isə Allaha ehtiramdır?!” (“Təfsirul-imamul-Əskəri”, 34, hədis 12)


5601 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP