Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Sentyabr 2016

PİS YOLDAŞ

«İnsan öz dostunun və yoldaşının dinindədir».
İnsanı günah işlərə tərəf yönəldən işlərdən biri də pis və nalayiq adamlarla dost olmaqdır. Əksinə yaxşı dost da insanı yaxşı işlərə yönəldən bir vasitədir. Həm elm, həm də təcrübə yolu ilə təsdiq olunmuşdur ki, insan öz yoldaşından müəyyən təsirləri qəbul edir. Pis yoldaş onun şəxsiyyətini, ləyaqətini və heysiyyətini məhv edir, yaxşı dost isə onun şəxsiyyətinin düzgün formalaşmasında müstəsna rol oynayır. Pis insanlar hətta Nuhun oğlunu pis yola çəkməyə nail oldular. Lakin Əshabi-Kəhfin iti bir neçə gecə-gündüz pak şəxslərlə olduqdan sonra insanda olan bəzi müsbət xüsusiyyətləri mənimsədi.

Quran ayələrində bu mövzu diqqət mərkəzindədir. Burada onlardan bir neçəsini nümunə gətiririk:
«Zalım kəs o gün dizlərinə döyər, «kaş Peyğəmbərin (s) ardınca gedib doğru yolu tutaydım!»- deyər.» (Furqan, 27)
«Vay olsun mənə, kaş mən filankəsi özümə dost tutmazdım!» (Furqan, 28)
«Agahlıq gəlmişdi mənə, (filankəs) məni haqq yoldan azdırdı.» Şeytan da həmişə insanı düz yoldan azdırır». (Furqan, 29)
Bu ayələrdən pis adamlarla dost olanların qiyamət günündəki vəziyyətləri aydın olur.

“Ənam» surəsinin 68-ci ayəsində oxuyuruq:
«Ayələrimizə istehza edənləri görsən, onlardan üz çevir ki, başqa söhbətə keçsinlər».

«Nisa» surəsinin 140-cı ayəsində oxuyuruq:
«Allahın ayələrinə küfr və istehza edənlərlə, başqa söhbətə keçənə qədər oturmayın, yoxsa siz də onlar kimi olarsınız».

«Müddəssir» surəsinin 42-45-ci ayələrində oxuyuruq: Behşitdə olanlar cəhənnəm əhlindən soruşurlar: «Sizi cəhənnəmə gətirən nə idi?» Onlar bir neçə amil sayırlar. O cümlədən deyirlər: «Batilpərəst adamlarla birlikdə batil işlər görürdük».

«Fussilət» surəsinin 25-ci ayəsində pis yoldaş Allahın düşmənlərinə bir cəza kimi qiymətləndirilir.
«Biz onlar üçün elə dostlar qərar verdik ki, pis işləri onlar üçün yaxşı işlər kimi cilvələndirərlər».
Bu ayə pis dostun insan üzərindəki təsirini və onun insan üçün bir bəla olduğunu bildirir.
Pis adamlarla dostluq və onun mənfi təsiri haqqında olan hədislərin sayı o qədər çoxdur ki, onların hamısını burada yazmaq mümkün deyil. Ona görə bir neçə hədisi nümunə olaraq göstəririk:

İmam Sadiq (ə) buyurur:
«Mömin şəxsə yaraşmayan işlərdən biri də budur ki, günah edilən məclisdə otursun, bir halda ki, məclisin gedişini dəyişməyə qüdrəti çatmaya». (Məsələn: Məclisdə qeybət edirlər, amma möminin qüdrəti çatmır ki, günahın qarşısını alsın.)

İslam Peyğəmbəri (s) buyurur:
«İnsan öz dostunun və yoldaşının dinindədir».

İmam Sadiq (ə) buyurur:
«Mömin bir şəxsə avara, axmaq və yalançı adamlarla dostluq etmək yaraşmaz».

İmam Cavad (ə) buyurur:
«Pis adamla oturub-durma, çünki o qınından çıxmış qılınc kimidir: Zahiri görkəmi yaxşı, təsiri isə pisdir».

Süleyman ibni Cəfər deyir: Bir gün İmam Kazim (ə) mənə buyurdu:
«Nə üçün səni Əbdürrəhman ibni Yəqubla bir yerdə görürəm?»
Dedim: «O mənim dayımdır».
İmam buyurdu: «Onun Allaha əqidəsi düz deyil».
Sonra buyurdu:
«Ya onunla otur-dur və bizi tərk et, ya da bizimlə ol və onu tərk et!»

İmam Əli (ə) buyurur:
«Pis adamlarla dost olmaq insanı yaxşı adamlara qarşı bədbin edər».
«Allaha və qiyamət gününə əqidəsi olan şəxs başqalarına böhtan deyilən məclisdə oturmaz».


4354 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP