16 Sentyabr 2016
GÜNAHLARDA İSTİSNA
Üç yerdə yalan danışmağın eybi yoxdur.
Günahlardakı istisnaları tanımaq bu barədə mühüm bəhslərdəndir. Hər bir hadisə və hərəkətdə istisna məsələsi olduğu kimi, günahlardan da bir çoxu bəzi vaxtlar caiz, hətta vacib olur. Məsələn: yalandan and içmək böyük günahlardan biridir. Lakin bir müsəlmanın canını zalım bir şəxsin əlindən xilas etmək üçün yalandan and içməyə məcburdursa, bu vaxt yalandan and içmək günah sayılmır. Əks halda yalan danışmaq haram və günahdır. İmam Sadiqdən (ə) nəql olunan bir hədisə əsasən, üç yerdə yalan danışmağın eybi yoxdur. İmam
Sadiq (ə) buyurur:
«Hər bir yalandan ötrü bir gün (Qiyamət günü) sual olunacaq. Amma üç yerdə yalan danışmağın eybi yoxdur:
1. Bir şəxsin din düşmənləri ilə müharibədə yalanla hiylə işlətməsi. Bu şəxsə heç bir günah yazılmır.
2. İki nəfər küsülünü barışdırmaq məqsədi ilə yalan danışmaq.
3. Bir şəxs öz həyat yoldaşına bir şey vədə verə, amma onun almaq fikrində olmaya.
2. İki nəfər küsülünü barışdırmaq məqsədi ilə yalan danışmaq.
3. Bir şəxs öz həyat yoldaşına bir şey vədə verə, amma onun almaq fikrində olmaya.