16 Oktyabr 2016
Allahdan qorxu və ümid insanliğa tərəf hərəkətin amilidir
İslam dinində əsas məqsəd diqqəti cənnət və cəhənnəmə yox, varlıq aləminin ixtiyar sahibi olan Allaha yönəltməkdir.
İmam Sadiq (ə) buyurur:
Bəzən elə olur ki, ölümdən sonrakı həyata, cənnət və cəhənnəmə inanan insan Allahı tanımır. Arxeoloji tədqiqatlar nəticəsində məlum olmuşdur ki, qədim insanlar arasında axirətə inananlar olmuşdur. Onlar öz ölülərini dəfn edərkən qəbirə ərzaq qoyar və bununla da ölüləri axirət həyatında aclıqdan qurtarmaq istəyərdilər.
İslam dinində əsas məqsəd diqqəti cənnət və cəhənnəmə yox, varlıq aləminin ixtiyar sahibi olan Allaha yönəltməkdir. Cəhənnəm odundan qorunmaq istəyən ömür boyu Allahdan çəkinməmişsə onu zirehli halda qəbirdə dəfn etməyin heç bir faydası yoxdur. İnsanın yeganə qorxu və ümid nöqtəsi Allah olmalıdır. Dünya və axirətdə bəlalardan qorunmaq istəyən şəxs Allahın razılığını qazanmaq üçün çirkin işlərdən çəkinməlidir. Yeganə səadət yolu Allaha itaətdir.
İslam nəzərincə insanlığa doğru hərəkətdə qorxu və ümid mühüm amildir. Bu iki amil səbəbindən insanlar öz iman mərtəbəsinə uyğun ibadətlə məşğul olur. Bəziləri cəhənnəm əzabı qorxusundan, bəziləri isə Allahı razı salmaq xatirinə ibadət edir. «Kumeyl» duasında oxuyuruq: «Tutaq ki, əzabına səbr etdim, bəs ayrılığına necə səbr edim?».