06 Noyabr 2016
Nəhc əl-bəlağə Quranın davamıdır
Quran oxunduğu kimi "Nəhc əl-bəlağə" də oxunmalıdır

"Nəhc əl-bəlağə"yə bu prizmadan yanaşın. "Nəhc əl-bəlağə"yə bu baxışla yanaşdıqda əsla filan səhabənin və yaxud tabeinin hicrətdən əlli, altmış, yüz və ya yüz qırx il sonra yazılmış kitabı ilə müqayisə oluna bilməz.
* * *
"Nəhc əl-bəlağə" bizim ölkəmizə məxsus deyil, o, bütün İslam dünyasına aiddir. İslam dünyası da bu gün bir intibaha, yeni İslam həyatına can atmalıdır.
* * *
"Nəhc əl-bəlağə"ni canlandırmaq yalnız biz şiələrin vəzifəsi deyil. Bu, bütün müsəlmanların vəzifəsidir. Yəni İmam Əlini (ə) qəbul edən, müsəlman olan hər bir insanın borcudur. – Çünki İslamda bu böyük insanı qəbul etməyən kimsə yoxdur. – "Nəhc əl-bəlağə"ni bənzərsiz İslam irsi olaraq yaşatmaq, canlandırmaq lazımdır. Bu canlandırmada məqsəd çapı çoxaltmaq deyil. Lazımınca çox çap olmuşdur. Məqsəd "Nəhc əl-bəlağə" ilə bağlı tədqiqat aparmaq, işləməkdir.
Quran sahəsində çoxlu iş aparıldığı, çoxlu təfsirlər yazıldığı kimi "Nəhc əl-bəlağə" haqqında da bu işlər görülməlidir. Quran oxunduğu kimi "Nəhc əl-bəlağə" də oxunmalıdır. Çünki Quranın ardı, davamıdır. Müsəlmanlar Quranla üns bağladıqları kimi, Quranı bilməməyi özləri üçün nöqsan hesab etdikləri kimi "Nəhc əl-bəlağə"ni də bilməməyi özləri üçün nöqsan hesab etməlidirlər.
Ayətullah Seyid Əli Xamenei