10 Noyabr 2016
Xacə Nəsrəddin Tusinin hazırcavablığı
Qəbirdə Nəkir və Münkər insanın etiqad və əməlindən soruşurlar

Lakin bütün saraylarda olduğu kimi Hülaki xanın da sarayında dövrünün ən böyük alimini gözü götürməyənlər, hiylə-kələk yolu ilə onun ölümünə plan cızanlar çox idi...
Bir gün Hülaki xanın anası vəfat edir. Saray alimləri bundan istifadə etmək qərarına gəlirlər. Onlardan biri Hülaki xanın yanına gələrək deyir: - Qəbirdə Nəkir və Münkər insanın etiqad və əməlindən soruşurlar. Sizin ananız da belə məsələləri təlim görməmişdir. Ona görə də suallara cavab verə bilməyəcək. Yaxşı olar ki, Xacə Nəsrəddin Tusini ananızla dəfn edəsiniz ki, Nəkir və Münkərin suallarına ananızın əvəzində cavab versin. Saray aliminin hiyləsini başa düşən Xacə Nəsir dərhal Hülaki xana deyir: - Nəkir və Münkər hamıdan sual edəcəkdir. Yaxşı olar ki, məni öz əvəzinizdə cavab vermək üçün saxlayasınız və bu alimi ananızla bir yerdə qəbrə qoyun ki, suallara cavab versin. Hülaki xan da Xacə Nəsrəddinin sözünü qəbul edir.
“Nəsihət” jurnalı, say 146, səh. 1.
Hazırladı: Seyid Zahir
Hazırladı: Seyid Zahir