13 Noyabr 2016
Ayətullah Sistaninin Ərbəin yolunun təmiz saxlanması haqqında yeni fətvaları
Zəvvarların yolu çirkləndirməyin hökmü nədir?

Sual: Ərbəin ziyarəti günlərinin yaxınlaşması və piyada surətdə ziyarətə gedənlərin sayının milyonlarla olmasına diqqət etməklə Kərbəlaya gedən piyada yolu ilə bağlı bir neçə sual soruşmaq istəyirik:
1. Zəvvarların piyada yolunun, həmçinin yol boyu qurulmuş mokəblərin təmiz qalması məqsədilə zibil yeşikləri və və zibil kisələri almaq üçün pul vermək olarmı? Və bu Hüseyn (ə) təzahürləri yolunda infaq sayılırmı?
Cavab: Bəli. Möminlərin ziyarət etməsi, onların ziyarətə rəğbətləndirməsi, bu yolda rahatlıq və asayişinin təmin edilməsinə səbəb olan hər bir iş müstəhəbdir. Bu yolda pul xərcləmək Hüseynin (ə) zəvvarına xidmət etmək və infaqın nümunələrindən sayılır.

2. Əgər bir dəstə gənc öz vaxtlarını Kərbəla zəvvarları gedən yolun təmizliyinə sərf etsələr, bu iş bəyənilirmi?
Cavab: Müsəlmanların yolundan maneələri aradan qaldırmaq şəriətdə bəyənilən əməldir. Bu iş İmam Hüseynin (ə) zəvvarları yolunda olarsa, daha çox savabı vardır.
Cavab: Müsəlmanların yolundan maneələri aradan qaldırmaq şəriətdə bəyənilən əməldir. Bu iş İmam Hüseynin (ə) zəvvarları yolunda olarsa, daha çox savabı vardır.
3. Zəvvarların yolu çirkləndirməyin hökmü nədir?
Cavab: Bu hərəkət yaxşı sayılmır və yol gedənlərin əziyyətinə səbəb olsa, şəri baxımdan icazəli deyil.
Cavab: Bu hərəkət yaxşı sayılmır və yol gedənlərin əziyyətinə səbəb olsa, şəri baxımdan icazəli deyil.