Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2016

Quran Həzrət Məhəmmədin (s) ən böyük möcüzəsidir

Maraqlıdır ki, heç kəs, Quran kimi bir kitab yarada bilməmişdir.
Quran İslam Peyğəmbərinin ən əhəmiyyətli möcüzəsidir. Təkcə fəsahət-bəlağət, bəyanın şirinliyi və yetiriciliyi cəhətindən deyil, həqiqətdə müxtəlif cəhətlərdən Qurani-kərim möcüzə sayılır (Bu barədə əqidə kitablarında geniş şəkildə bəhs olunmuşdur).
Maraqlıdır ki, heç kəs, Quran kimi bir kitab yarada bilməmişdir. Hətta indinin özünədək onun bir surəsi kimi bir yazı belə yaradılmamışdır. 14 əsrə yaxındır ki, dünyanın bütün alimləri, düşünən beyinləri Quran kimi bir kitab yaratmağa qadir deyildirlər. Halbuki, Quran 14 əsrə yaxındır ki, bütün bəşəriyyəti mübarizəyə, özü kimi bir kitab yaratmağa çağırır. İsra surəsi, 88-ci ayədə buyurulur: “De ki, əgər insanlar və cinlər (bir yerdə) toplanalar, bu Quranın tayını (mislini) gətirmək istəsələr, hər nə qədər bir-birinə yardım etsələr də, onun tayını (mislini) gətirə bilməzlər.” Yaxud başqa bir ayədə buyurulur:
“Öz bəndəmizə nazil etdiyimiz Qurana şübhə edirsinizsə, siz də buna bənzər bir surə gətirin. Və doğru deyirsinizsə, Allahdan başqa olan sahiblərinizi də, çağırın!” (Bəqərə, 23)
Biz etiqadlıyıq ki, Qurani-kərim zaman keçdikcə köhnəlmir, əksinə dövran ötdükcə, bəşərin istedadı yüksəldikcə Qurani-kərimin bəhs etdiyi mövzular bəşərə daha da aydınlaşır. İmam Sadiq (ə) buyurur: “Allah-təala Quranı yalnız müəyyən bir qrup (dəstə) və xüsusi bir zaman üçün göndərməmişdir. Elə bu səbəbdən də, o hər bir zamanda təzə və hər bir qrupun (dəstənin) yanında qiyamət gününədək daha da, təravətlidir!” (“Biharül-ənvar”, c. 2, s. 280, hədis 44)


6749 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP