Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2016

İmam Hüseyn (ə): “Qəm yemə, mən onu səndən uzaqlaşdıraram.”

Bədənimin qəbiristana necə aparılmasına tamaşa edirdim
Hacı Şeyx Abbas Qummi və imam Hüseyn (ə)

Mərhum Hacı Şeyx Abbas Qumminin övladlarından olan Hacı Mirza Əli ağa Mühəddisdən eşitmişəm ki, Nəcəfdə ustadı Mirzə Hüseyn Nurinin yanında dəfn olunduqdan sonra ağanı yuxuda görür. Halını soruşduqda ağa deyir: “Bərzəxə daxil olduğum andan indiyədək məni üç dəfə imam Hüseynin (ə) hüzuruna aparıblar.”

Ayətullah Hacı Mirzə Əli ağa Şirazi və imam Hüseyn (ə)

Ayətullah Hacı Mirzə Əli ağa Şirazi İsfahanın tanınmış alimlərindən idi. Şəhid Mütəhhəri deyir: “Bu şəxslə bağlı bir çox əhvalatlar bilirəm. Ustad bir gün göz yaşları ağ saqqalını isladan halda belə bir yuxu danışdı: “Yuxuda gördüm ki, ölüm anım çatıb. Ölümü necə bilirdimsə yuxuda gördüm. Cismimdən ayrılmışdım. Bədənimin qəbiristana necə aparılmasına tamaşa edirdim. Məni dəfn etdilər və tənha qaldım. Nə baş verəcəyindən nigaran idim. Qəfildən qəbrimə ağ bir it daxil oldu. Başa düşdüm ki, it şəklində təcəssüm edən mənim tünd xasiyyətimdir. Pərişan oldum. Bu vaxt imam Hüseyn (ə) təşrif gətirdi və mənə buyurdu: “Qəm yemə, mən onu səndən uzaqlaşdıraram.” (“Ədli-ilahi”, 251)


7239 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP