22 Noyabr 2016
HƏQİQİ SƏADƏT VƏ BƏDBƏXTLİK AXİRƏTDƏDİR
Quran belə buyurur ki, həm dünya xoşbəxtliyi, həm də məhrumiyyət sadəcə bir imtahandır
İmam Sadiqin (ə) nəsihətlərindən
«Hud» surəsinin 106-cı ayəsində buyurulur: «Bədbəxt olanlar od içərisində qalacaqlar. Onları orada ah-fəryad gözləyir». 108-ci ayədə isə belə deyilir: «Xoşbəxt olanlar isə Rəbbinin dilədiyindən əlavə tükənməz bir nemət kimi göylər və yer durduqca cənnətdə əbədi qalacaqlar».
İstisnasız olaraq bütün insanlar xoşbəxtlik haqqında düşünür və buna can atır. Bu mövzu filosofların daimi mübahisə predmetidir. Hamı düşünür: dünyada necə xoşbəxt olmaq mümkündür? Amma Qurani-Kərim buyurur ki, əsl xoşbəxtlik behişt, əsl bədbəxtlik isə cəhənnəmdədir.
Din dünya ləzzətlərini inkar etmir, amma xatırladır ki, bu ləzzətlər imtahan üçündür: «Bilin ki, mal-dövlətiniz və övladlarınız sizin üçün ancaq bir imtahandır». («Ənfal» surəsi, ayə 28.)
Bəziləri də elə hesab edirlər ki, xoşbəxtlik Allahın sevimlisi olmaqdır və yalnız Allahın qəzəbinə düçar olanlar dünya nemətlərindən məhrum edilir. Quran isə belə buyurur ki, həm dünya xoşbəxtliyi, həm də məhrumiyyət sadəcə bir imtahandır.
İnsan qazanca sevinib, itkidən ötəri məyus olmamalıdır. «Hədid» surəsinin 23-cü ayəsində buyurulur: «Bu, əlinizdən çıxana kədərlənməyiniz üçündür. Allah özünü bəyənib, özü ilə fəxr edən heç bir kəsi sevməz».
Bütün peyğəmbərlər və ilahi kitablar həqiqi həyatın bu dünyada yox, axirətdə olduğunu bildirmişlər. «Əla» surəsinin 14-15-ci ayəsində buyurulur: «Günahdan təmizlənən kimsə nicat tapacaq. O kimsə ki, Allahın adını zikr edib namaz qılar. Lakin siz dünyanı üstün tutursunuz. Hansı ki, axirət daha xeyirli və əbədidir». Sözsüz ki, dünya, axirətlə müqayisə edilə bilməz. Yalnız dünyanı ötəri, müvəqqəti qəbul edən insanda düzgün dünya görüşü formalaşa bilər.
Dünyanın bütün xeyir və şərləri nisbidir. «Adiyat» surəsinin 8-ci ayəsində oxuyuruq: «Həqiqətən insan var-dövlətə çox hərisdir». «Bəqərə» surəsinin 180-cı ayəsində buyurulur: «Hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan valideyinlərinizə və yaxınlarınıza verilməsi üçün ədalət üzrə vəsiyyət etməyiniz zəruridir». Bəli, dünya malında xeyir də var. Amma bu malın halal olması əsas şərtdir.
Hələ ki, axirəti görməmiş insan müvəqqəti dünyanı da həyat hesab edə bilər. Axirət dünyasını gördükdən sonra isə dünya həyatının həqiqəti hamı üçün aydın olur. Rəvayətlərdə tapşırılır ki, namazda «Əla» surəsini oxuyun. Çünki bu surədə dünya və axirət haqqında aydın biliklər verilmişdir. Bu surəni diqqətlə oxuyan insan ondakı mənaların təsirindən heç vəchlə qəflətdə qala bilməz. «Axirət daha yaxşı və daha davamlıdır». («Əla» surəsi, 17.) İnsan bu ayəni təkrar zehnindən keçirməli, böyük xeyir əməllər üçün şərait hazırlamalıdır. İmam Sadiq (ə) Əbdullah ibn Cündəbə buyurur: «Bütün yaxşılıqlar qarşıda və bütün pisliklər gələcəkdədir. Yaxşılıq və pisliyi yalnız axirətdə görə biləcəksən». Həzrət (ə) demək istəyir ki, bu dünyadakı yaxşılıqlar və pisliklər nisbidir, əsl xeyir və şər isə axirətə aiddir. Dünyanın istər yaxşılığı, istərsə də pisliyi olduqca zəifdir. İnsan nəyə çatırsa qane olmur. Çünki onun ruhu davamlı nemətlər sorağındadır. Dünya neməti ilə insanı doyurmaq istəyi, südəmər körpəni adi su ilə doyurmaq istəyi kimidir. Əgər insan ruhu davamlı nemətlər sorağındadırsa onu dünyanın davamsız nemətləri ilə aldatmaq olarmı? Qurani-Kərimdə Adəm və Həvvanın aldadılması səhnəsini oxuduqda şeytanın insandakı əbədilik meylindən istifadə etdiyini görürük. «Taha» surəsinin 120-ci ayəsində oxuyuruq: «Əbədiyyət ağacı və əbədi mülk istəyirsənmi?». İmam Sadiq (ə) buyurur: «Həqiqi xeyir və həqiqi şər behişt və cəhənnəmdədir».
Gəlin dünyanın xeyrindən axirət səadətimiz üçün istifadə edək və təkamülümüzə mane olacaq dünya şərindən uzaq olaq.