Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2016

Şah Abbas dövlət xadimlərini nə ilə sınağa çəkdi?

Xidmətçilərə tapşırır ki, qəlyanların başına tənbəki əvəzinə at peyini qoysunlar.
Bir gün Şah Abbas Səfəvi ölkənin saray əyanlarını, vəzirlərini və digər dövlət xadimlərini şah ziyafətinə dəvət edir. Xidmətçilərə tapşırır ki, qəlyanların başına tənbəki əvəzinə at peyini qoysunlar.
Ziyafət başlayır və qonaqlar qəlyan çəkməyə məşğul olurlar. At peyininin tüstüsü və iyi hər yeri bürüyür. Ancaq dövlət işçiləri şahın qorxusundan öz narahatlıqlarını büruz edə bilmirlər. Onlar ardıcıl olaraq qəlyanın müştüyünə dərin qullab vurur və razı halda tüstüsünü havaya buraxırlar. Sanki, ömrü boyu belə yaxşı tənbəki çəkməyiblər!
Şah Abbas onlara üz tutub deyir: - Qəlyan başları (qəlyanın başına tökülən maddə) ən yaxşı tənbəki ilə doldurulub. Onu Həmədan hakimi bizə göndərib.
Hamı tənbəkini və onun ətrini tərifləməyə başlayır və deyir: - Doğrudan da bundan yaxşı tənbəki tapmaq olmaz.
Şah, qəlyana daha dərindən qullab vuran saray mühafizəçilərinin başçısına deyir: - Tənbəkisi necədir?
Mühafizəçilərin rəisi deyir: “Əlahəzrətin başına and olsun ki, əlli ildir qəlyan çəkirəm, ancaq belə gözəl ətirli və dadlı tənbəki görməmişəm”.
Şah təhqirlə onlara baxaraq dedi: “Sizi öləsiniz! Öz vəzifənizi qorumağa görə tənbəki əvəzinə at peyini çəkməyə və ona bəh-bəh deməyə hazırsınız”.

Hazırladı: Seyid Zahir


6670 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP