10 Dekabr 2016
“Sağlamlığın qədrini onu əldən verənlər bilir”
Nemətlərin qədrini ixtiyarımızda ikən bilək
İmam Əli (ə) buyurur:
“İnsan iki şeyin dəyərini əldən verdikdən sonra bilir; cavanlıq və sağlamlıq”.
“Qürər əl-hikəm”, c. 4, səh. 183.
Əslində təkcə “cavanlıq” və “sağlamlıq” belə deyil. Bütün nemətlərə vaxtında dəyər verilmir, əldən verdikdən sonra qədri bilinir. Məsələn, rahatlıq, güc, ata-ana, yaxşı dost, fürsət, həyat yoldaşı və s. bu qəbildəndir.
Amma bu iki nemət - cavanlıq və sağlamlıq - ən dəyərli, misilsiz və əlçatmaz gövhərdirlər.
Elə bir ahıl varmı ki, cavanlıq və asudə günlərin həsrətini çəkməsin?
Sakit, rahat və sağlam anlarını acı kədərlə xatırlamayan xəstə tapmaq mümkünmü?
Sədi demişkən: “Sağlamlığın qədrini onu əldən verənlər bilir”.
İctimai asayiş, sakitlik, bədənin enerjili və sağlam çağından tam yararlanmaq və cavanlıq fürsətindən istifadə etmək bu iki nemətin dəyərləndirilməsinin əlamətidir.

Nemətlərin qədrini ixtiyarımızda ikən bilək. Əks halda, gec və faydasız olacaq!