Milyonlar qazanıb, icarədə yaşayan rejissor...
Milyonlar qazanıb, icarədə yaşayan rejissor...
Dehnəməki pullarını haraya xərcləyir?
İran kinorejissoru Dehnəməki çəkdiyi filmlərdən əldə etdiyi pulları hara xərcləməsi ilə bağlı deyib: “Bəziləri deyir ki, Dehnəməki Leksusda (bahalı avtomobil markası) gəzir. Belə deyil, sadə bir Tayotom var.”
4,5 milyard tümənə satılmış uğurlu “Meraciha” filminin rejissoru Məsud Dehnəməki RadioCavan şəbəkəsi ilə söhbətində deyib:
“Bu film İran İslam Respublikası kinosunun məhsuludur. Onun prodüseri televiziyanın birinci şəbəkəsidir. Elə buna görə film televiziyada geniş təbliğat imkanı qazandı. Amma düşünmürəm ki, bu film başqa filmlərdən çox təbliğ olunub.”
“Novruz (günləri üçün çəkilmiş) filmlərinin təbliğinə televiziyada ədaalətlə yer verdilər. Əlbəttə, bizim film daha tez ekrana çıxmışdı. İki həftə novruz filmlərindən qabaq hazır idi. Hər halda təbliğat filmin xərcləri sırasındadır, hamı təbliğat üçün müəyyən məbləğ ayırır. Biz də istisna deyildik.”
“Rosvayi” filmim “Meraciha” filmimdən çox az təbliğ edildi. Amma o da yaxşı satıldı. Film çəkən adam təbliğat məsələsinə biganə qala bilməz.”
“Filmləri fərqli təbliğinə etiraz edənlər yaxşı bilir ki, film beytülmalla (xalqın pulu ilə) çəkilmir. “Xətte-vije” filminin prodüseri təbliğat şəbəkəsinin rəhbərlərindəndir. Öz nüfuzundan istifadə etdi, hətta əyalət televiziyasında film gündə 30 dəfə təbliğ olunur.”
“Bir film televiziyada çox təbliğ olunursa, bu o demək deyil ki, həmin film baha satılacaq. Elə filmlər var ki, kino salonlarında bu filmə bilet tapılmır, amma həmin film televiziyada bir dəfə də təbliğ olunmayıb. “Rosvayi” filmini ötən il bayramda hazırlamışdım. “Hovze-nəqqaşi”, “Qaideye-təsadof”, “Tehran 1500”, “Rejime-təlayi” filmləri ilə rəqabətdə “Rosvayi” heç bir təbliğatsız daha yaxşı satıldı.”
“Dünya həyatını ev, maşında görənlər mənim Leksusda gəzdiyimi deyir. Amma belə deyil. Sadə bir Tayotam var.” “Rosvayi”də bir dialoq vardı: ”Gör sən siqareti çəkirsən ya siqaret səni çəkir!” Bəziləri düşünür ki, maşına minib. Əslində maşın onları minib. Mən həmişə çalışmışam ki, maşını minənlərdən olum.”
“İnsanın bir Praydı (ən ucuz marka avtomobil) olsun, amma insan olsun. İnsan maşına, mal-mülkə sahib olmalıdır, qul yox. Bəziləri təzə maşın alanda sellofanını qoparmır, bununla da dünyaya əsir olduğunu göstərir.”
“Qazandığım pulları hara xərcləyirəm? Üzərində 20 il iş getmiş 80 cildlik, 100 min səhifəlik Müqəddəs Müharibə ensiklopediyasını maliyyələşdirmişəm. “İxraciha” trilogiyasından əlimə gələn bütün pulları bu layihəyə xərcləmişəm. Kinodan gələn pullar belə xərclənir.”
“İcarə evdə yaşayıram. Hər ay icarə vermək məsuliyyətindən qorxduğum üçün evi rəhnə (ev sahibinə borc adı ilə müəyyən məbləğdə pul verilir ki, həmin pulla qazanc əldə etsin) kirayələyirəm. Yemək, geyim xərcləri bir milyon tümən (təqribən 350 dollar) tutur. Bəzən bu ehtiyacı da ödəmək çətin olur. Ümumiyyətlə, çox vaxt sənət adamlarının qazancı xərci ilə düz gəlmir.”
“Jurnal çap edən zaman işçilərin maaşını verə bilmirdim. Müharibədən təzəcə qayıtməşdım, maddi problemlərlə üzləşdim. İşsiz idim. Atamdan pul istəməyə utanırdım. Müharibədə birinci dəfə yaralananda əlimi cibimə saldım, gördüm ki, pul da qana bulaşıb. Bir 50 tümənlik idi. O zaman üçün böyük pul idi. Həmin pulu xatirə olaraq ömrümün sonunadək saxlayacağımı düşünrdüm. İmkansızlıq elə güc gəldi ki, həmin pulun qanını təmizləməyə başladım. Xərcləməyə məcbur idim.”
Çox yorulmuşam. Film çəkmək həvəsim qalmayıb. Çəkdiyim azsaylı filmlərə üst-üstə 30 milyard xərclənib. Bu bizim ölkədə 100 filmin büdcəsinə bərabərdir.”
“Haqqımda deyilən kinayəli sözlər qəlbimi qırır, işçi həvəsi öldürü. Bəzi adamlar gözləmədiyim sözlər danışır. Qoy ittiham etsinlər, amma insafla! Yaxşı bilirlər ki, 5 filmin böyük qazancı İran kinosunun ixtiyarında olub. Mən prodüser deyiləm. Mənimlə işləyən kollektiv, bu puldan pay alanlar bizim kino işçiləridir. Yersiz ittihamlar məni üzür. ”
“Meraciha” filmi Tehranın Vəliəsr meydanındakı Qüds kinosalonunu bağlanmaq təhlükəsindən xilas etdi. Bu salon işıq, supulunu verə bilmirdi. “Meraciha” salonu bu çətin vəziyyətdən çıxardı. Kinosalonların bağlanması mədəniyyətimizə zərbədir. “Meraciha” belə bir zərbənin qarşısını aldı. Kino xadimləri bizə təşəkkür əvəzinə tənə vurur.”
“Biz filmə biletləri yarı qiymətə satdıq. Bu təkcə bizim filmə aid olmadı. “Vorude ağayan məmnu”, “Dərbənd” filmlərinə də bilet yarı qiymətə satıldı. Buna görə ittiham edilirik, sanki adam öldürmüşük. Hətta şəhər merini bizə şərait yaratdığı üçün qınayırlar.”
“Mövzuya kompleks yanaşmaq lazımdır, haşiyə məsələlər üzərində dayanmaq mədəniyyətiməzə fayda vermir. Diqqəti ölkənin mədəniyyəti yox, şəxslərə yönəltmək düzgün deyil. Bütün rollarına dövlət büdcəsindən pul alan adamlar var ki, ömürlərini bizim qazancımızı hesablamağa sərf ediblər. Bu hal məni kinodan soyudur.”
“Mənim çox oxucusu olan “Şələmçə” jurnalımı islahatçılar bağladılar. Sonra “Cəbhə” yurnalının nəşrinə başladım. Bu jurnalı da üsulçular qapadılar. O qədər incidim ki, əkinçiliklə məşğul olmağa qərar verdim. Sonra başa düşdüm ki, işim adi deyil, onu kənara qoya bilmərəm. “Yoxsulluq və günah”, “Hansı İstiqlal, hansı perspolis?” filmlərini çəkdim. Bəziləri bu filmlərin xüsusi auditoriyaya aid olduğunu desələr də, xalq filmləri həvəslə qarşıladı. Sonra “İxraciha” filminə yol açıldı. Amma hazırda film çəkmək istəmirəm. Hamı bilir ki, mən filmlərimi xüsusi sektorun himayəsi ilə çəkmişəm. Bu filmlər yaxşı da satılıb... ”
Nur-az.com