Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2016

Allahın işinə müdaxilə etmək olmaz

Ey Şeyx! Şahın verdiyi pulları alıb, fəqir camaata paylamağın daha yaxşı olmazdımı?
Günlərin birində Səffarilər dövlətinin şahı Yəqub Leys xəstələnir. Həkimlər onu müalicə edə bilmirlər və deyirlər ki, səni müalicə etmək üçün əlimizdən gələni etdik, ancaq əlac olmadı. Bəlkə din böyükləri sənin xəstəliyinə bir çarə tapalar.
Sarayın böyükləri həmin dövrün tanınmış arifləri olan Şeyx Səhl ibn Abdullah Tustəridən (Şustəri) xahiş edirlər ki, şahın sağalması üçün dua etsin. Şeyx dua edərək deyir: “İlahi, onun günahlarının cəzasını verdin. İndi də onun ibadətlərinin mükafatını ver ki, xəstəlikdən nicat tapsın”.
Bu duadan sonra Yəqub Leys dərhal şəfa tapır. Belə ki, o heç bir ağrı hiss etmir. Şah, arifə çoxlu qızıl verir. Ancaq arif şaha deyir: “Biz tamah ilə deyil, qənaət etməklə və başqalarından heç nə almamaqla bu dərəcəyə çatmışıq”. Beləliklə, şahın bağışladığı qızıllara etina etmir.
Şahın göstərişi ilə arifi evinə qaytarmaq üçün xüsusi araba gətirilir. Yolda xidmətçi ona deyir: “Ey Şeyx! Şahın verdiyi pulları alıb, fəqir camaata paylamağın daha yaxşı olmazdımı?”
Arif deyir: “Allahın bəndələri öz ruzilərini Allahdan alırlar. Allahın işinə müdaxilə etmək olmaz”.


8500 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP