14 Aprel 2014

Facebookun imperatorluğuna son!

Amerikada Facebook istifadəçilərinin böyük bir hissəsi öz hesabını bağlayaraq İnstoqrama üz tutub. Bunu ABŞ-da həyata keçən son araşdırmalar təsdiqləyir. Mətbuatda bildirilir ki, bu araşdırma Facebook-un imperatorluğunun sona çatdığını göstərir. Bu barədə Hafington-post xəbər yayıb. Hazırda 2012-ci illə müqayisədə İnstoqramda sosial şəbəkə istifadəçilərinin sayı 2 dəfə artıb. Eyni zamanda Facebook istifadəçilərinin sayı sürətlə azalır. Facebookda gənc istifadəçilərin sayı son bir ildə 42 faizdən 23 faizə enib. Facebook WhatsApp kimi xidmətləri almaqla birinciliyi əldə saxlamağa çalışır.ABŞ-da 7500 gənc arasında aparılmış sorğu da İnstoqrama marağın artdığını göstərir.

Nur-az.com


8992 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP