15 Aprel 2014

İran şahının xanımını hərəmdən çıxaran alim

Rzaxanını xanımı bir qryp saray xanımı ilə birlikdə Novruz mərasimlərində iştirak üçün Həzrət Məsumənin (s.ə) hərəminə daxil olur. Şahın arvadı güzgülü eyvanın yuxarı başında çardarasız, örtüksüz əyləşir. Ayətullah Bafqi şahın arvadının hicabsızlığına etiraz edib cavab almayanda bu qadınları hərəmdən qovur!
Şeyx Məhəmmədtəqi Bafqi hicri 14-cü əsrin mübariz alimlərindən olub. Tacir Hacı Məhəmmədbaqirin bu övladı hicri 1292-ci ildə kiçik Bafq şəhərində dünyaya gəlib. Dini təhsilə 14 yaşında Yəzd şəhərində başlayıb. 14 il sonra Nəcəfə gedib. Axund Molla Məhəmmədkazim Xorasani, Seyid Məhəmmədkazim Yəzdi kimi ustadlardan dərs alıb. Hacı Mirza Hüseyn Nuridən hədis elmini öyrənib. 17 il Nəcəfdə yaşadıqdan sonra Kərbəlaya gedib. Hacı Seyid Əhməd Musəvi Kərbəlayidən əxlaq dərsi alıb. Hicri 1336-cı ildə İrana qayıdıb, Qumda Bağpənbə məhəlində məskunlaşıb. Ayətullah Kəbir və Ayətullah Feyzlə birlikdə elm hövzəsinin yaradılmasında iştirak edib.
Şəmsi 1301-ci ildə Ayətullah Hacı Şeyx Əbdülkərim Hairi Quma gəlib. Onun gəlişi alimləri həvəsləndirib və Hairini Qumda qalıb özünü hövzəyə vəqf etməyə razı salıblar. Bafqi Ayəuillah Hairinin yaxın köməkçilərindən olub. Tələblərin təminat işi Bafiqinin üzərində olub, Hairi olmayanda onun yerinə pişnamaz dayanıb. Bafqi üç böyük məscidin tikintisində iştirak edib.
Bafqinin əmr be məruf və nəhy əz münkər, insanların tərbiyəsi sahəsində fəaliyyətləri təsili oldu. Onun təlaşı ilə Qumda dəlləklər ülgüclə üz qırxmaqdan imtina etdilər. Şah rejimi məmurları Bafqi və onun ətrafındakı alimləri bu işdən çəkindirmək istəsə də nəticə vermədi. Bafqi şahı fironla müqayisə edəndə məmurlar ondan uzalaşmağa başladı. Bafqi şaha məktub yazıb onu İslama zidd addımlardan çəkinməyə çağırdı.
Şəmsi 1306-cı ilin son günü, Novruz bayramında şahın xanımı Xanəm Məsumənin (s.ə) hərəminə gəlir. Onun hərəmdə hicabsız olduğunu Bafqiyə xəbər verirlər. Bafqi hərəmə gəlib şahın xanımının hərəmi tərk etməsini tələb edir. Şah ailəsi öz iqamətgahına gedib hadisə ilə bağlı şahı məlumatlandırır. Rzaxan dərhal Quma yola düşür. Hərbi dəstə ilə şəhərə daxil olur. Hərəm mühasirəyə alınır. Rzaxan çəkmə ilə hərəmə daxil olur. İnsanları döyüb, Bafqini həbs edirlər. Ayətullah Hairinin Qumda olmaması şaha belə cürət verir.
Rzaxan özü şəxsən Bafqini təhqir edərək döyməyə başlayır. Alimi Tehran həbsxanasına aparırlar. Bafiqi bir neçə ay sonra Hairinin köməyi ilə azad edilir. Onu Rey şəhərinə sürgün edirlər. Həzrət Əbdüləzim ziyarətgahında pişnamaz dayanır, xalqın suallarını cavablandırır. Bafqini xalq çox sevir. Alim 1314-cü ildə Məşhədə getmək imkanı qazanır. 1320-ci ildə Rzaxanın süqutundan sonra Bafqi sürgündən azad olur, Quma qayıdır. O qumda şərab dükanlarının açılmasına yol vermir. Sonra İraqa yola düşür. 11 ay orada yaşayır. Ömrünün son illərini Reydə keçirir. Bafqi şəmsi 1325-ci ildə dünyasını dəyişib, Qumda Ayətullah Hairi ilə yanaşı dəfn olunub.

Yadda qalan əhvəlatlardan biri Bafqinin bəhai şəxslə İmam Zaman (ə) haqqında mübahisəsidir. Bir gün Əbülhəsən imamzadəsində bəhayi bir şəxslə rastlaşan Bafqi onu tövbə etməyə çağırır. Bəhai deyir ki, əgər Bafqi bəhai təbliğatçını məğlub edə bilsə, o müsəlman olar. Səhəri gün bəhai şəxs öz təbliğatçısını Bafqinin mənzilinə gətirir. Mübahisə başlayır. Bəhai təblığatçı Quranın mütəşabeh ayələrindən başlayanda Bafqi onu saxlayır, sadə mövzularda danışmağa dəvət edir. Bafqi deyir:
-Allah öz bəndələrini səadət baxımından kamil yaradıb, yoxsa naqis?
Bəhai deyir:
-Əlbəttə ki, naqis.
-İnsanın kamilləşməyə etiyacı varmı?
-Bəli, var.
-İnsan kamilləşmə yolunu bilir, yoxsa göstərən lazımdır?
-İnsan bunu bilmir, öyrədən lazımdır.
-Kimdir o şəxs?
-Peyğəmbərlər.
-Peyğəmbərlərdən sonra kim gəlir?
-Həzrət Əli (ə)!
-Bəs sonra?
...Bəhai kamillik yolunu göstərənləri İmam Həsən Əsgəriyə (ə) qədər sadalayır. Bafqi soruşur ki, İmam Həsən Əsgəri (ə) insanları kamilləşdirə bilir, yoxsa yenə kiməsə ehtiyac var? Bəhai cavab verir ki, ehtiyac var və bu iş Quranın öhdəsinədir.
Bafqi deyir:
-Axı Quran Peyğəmbərin (s) də, 11 imamın da vaxtında vardı. Nə üçün Quran ola-ola bu şəxslərə ehtiyac yaranmışdı? Sənin sözündən belə çıxır ki, Quran olanda heç peyğəmbərə də ehtiyac yox imiş! Axı Quranın dili yoxdur. Quran öz mütəşabeh ayələrini insanlara şərh edə bilməz ki. Əgər Quran bəs etsəydi onu yandıra bilməzdilər, Quran özünü müdafiə edərdi. Əgər Quran bəs edirsə, nə üçün başçılarınız Mirza Əli Məhəmməd Bəha, Mirza Hüsüynəli Bab, Abbas Əfəndi, Şövqi Əfəndinin ardınca gedirsiniz?!
Bəhai təbliğatçı məcbur qalıb, etiraf edir ki, Quran bəs etmir və İmam Həsən Əsgəridən (ə) sonra alimlərə ehtiyac var.
Bafqi deyir:
-Axı alimlər özləri fəryad çəkib deyirlər ki, onlar bir çox məsələləri dərk etmirlər.
Bəhai heyrət içində soruşur:
-Bəs İmam Həsən Əsgəridən (ə) sonra kamillik yolu göstərən kimdir?
Bafqi:
-Məgər Allah, Peyğəmbər və imamlar onu tanıtdırmayıb?! O, İmam Həsən Əsgərinin (ə) övladı Həzrət Höccətdir (əc).
Bafqinin dəlilləri bəhaini təslim olmağa məcbur edir.

Nur-az.com


6567 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP